Posts

Showing posts with the label moltanı

Bəzi sözlərin kimliyi və izahı

Bir sıra sözlər var ki dilimizdə, kökünü, mənasını vəya işlənmə yerlərini bilmirik. Bilməsək belə daha sonradan istifadə etdiyimizdə təxəyyülümüzün nəticəsi kimi yerli yersiz istifadə edirik. İndi isə təqdim edəcəyim sözlərdə müəyyən mənada sizə kömək edəcəyini umuram. moltanı- dinsiz, məzhəbsiz, yolsuz 2. söyüş deməkdir. Sözün kökünü araşdırdım və bəzi nəticələrə vardım. lakonik-qısa, yığcam, azsözlü. Latınca Lakonikus(Spartan) kəliməsindən gəlir, Lakoniya vilayət olaraq Spartanlar tərəfindən əhatə olunub və idarə edilib. Bu vilayətin insanları qısaca fikrini ifadə etməkdə məşhur olublar. nəvvab- Mir Möhsün Nəvvabın adı həmişə mənə rast gəldiyində Nəvvab sözünün nə ifadə etdiyi məni cəlb etmişdir. Naib sözünün cəm halıdır və mənası böyük bir şəxsin vəzifəsini icra edən şəxs. rövnəq- SOCAR-ın prezidenti olan Rövnəq Abdullayevin adının da mənası maraqlıdır. Parlaqlıq, gözəllik və təravət deməkdir. tryuk-ustalıq, məharət 2. oyun, fırıldaq, hiylə verbal-şifahi. Verbal məlumat=şifahi məlum...