8 yumurta ilə başlanan biznes... Bəlkə də bu barədə artıq düşünək.
Hər zamankı kimi oxuduğum onlayn qəzetlərdən biriydi. Uğur hekayələri bölümündən aldığım məlumatlar məni cəlb etdi. Yaşıl yumurta. Ancaq novruz bayramında gördüyüm boyalı yumurtalardan ibarət idisə. Ancaq... Kökü Cənubi Amerikaya, Çiliyə gedən araucana süslü toyuq cinsləri də yaşıl yumurtlayır. Bu yumurtalar artıq tanınırlıqda geniş vüsət alır. Bir kərə yaşıl yumurtanın dadında fərq var. Eyni zamanda xolestrolu yüksək olan insanlara da çox tövsiyə olunur. Əlavətən bildirim ki, astma xəstələrinə də xeyri də az deyil. Maraqlısı odur ki, Türkiyədə və Rusiyada bu işə başlayan təşəbbüskarlar orta yaş nəslin nümayəndələridir. Müxtəlif qiymətlərə satılan bu yumurtalar adi yumurtadan bahalıdır. Yerinə, sahibinə görə Türkiyədə qiymətləri 5-20 TL arasında dəyişir. Onu da bildirim ki, apardığım araşdırmaya görə bizim ölkədə də bu işə artıq başlanılmışdır. Araucana cinsli toyuqlar ölkəmizdə yetişdirilə bilinir və artıq təcrübədən də keçirilib. Yumurtaları da rahatlıqla əldən edə bilərsiniz...