Posts

Showing posts with the label Giresun

Soxulcandan sərvət qazanmaq ağlınıza heç gəlib?

Image
200 min soxulcanla qatı və maye şəklində 3 ton orqanik kübrə istehsal etdiyini bildirən Yusuf General, 1 il içərisində sayısı 2 milyona çatacaq böyük bir təsisata sahib olacağını bildirir. Orqanik məhsul da məhz üzvü kübrələrdən əmələ gəlir. Orqanik kübrənin önəmi qonşu Türkiyədə yeni yeni bilinməkdədir. Bizdə səhv etmirəmsə artıq başlanıbdır. Bununla bağlı Bərdədə sahibkara kredit verildiyini demişdilər mənə. Bir çox ölkələrdə bağçılıq və meyvə-tərəvəz işində fermerlər kimyəvi tərkibli kübrə yerinə artıq orqanik kübrə verməyə başladılar. Orqanik kübrə dediyimizdə ilk ağla gələn kübrə isə soxulcan kübrəsidir. Növü, Qırmızı Kaliforniya soxulcanın(Red California Worm) istehsal etdiyi orqanik kübrənin, normal kübrəylə müqayisədə yüzdə 40% ilə 60% arasında daha çox məhsuldarlıq verdiyi isbatlanmışdır. Yusuf General onu da bildirir ki, soxulcanlar qısa zamanda artan heyvan növüdür. Belə ki, 200 min ilə başlayan Yusuf, 1 ildə bunun sayının 2 mlna çatacağını bildirir. Soxulcanların bəslənd...