Fluoridli diş pastası öldürür!Sosyal reklama ehtiyac...
Dünyada yetəri qədər insan Fluoride haqqında məlumatlıdır. Ölkəmizdə əminəm ki, müəyyən qrup insanların da bu nəsnə haqqında bilgiləri var. Ancaq, ona da əminəm ki, çoxlarımız məlumatlı deyilik. Nə mənədir bu Fluoride? Fluoride, bir çox məhsulların, diş pastalarının, deterjanların, uşaq yeməkləri, suplar,içdiyimiz suların və s. tərkibində bir miqdar mövcud olur. Bu miqdar ya az ya çox bütün insanların sağlamlığına ziyandır. Ziyanı nədir desək, əsasən xərçəng xəstəliyinə səbəb olur. Eyni zamanda elm adamları sakitləşdirici təsiri səbəbiylə də insanları passivləşdirib düşüncə duyğularını yox edən natrium floriddən uzaq durulmasını ciddiliklə tövsiyə edirlər. Ancaq mən bugün ağzımızdakı dişlərə qədər rahatlıqla yol tapan fluoridin zərərlərini anlatmaq istəyirəm.Onun üçün bu məqaləmdə məhz diş pastalarını ələ almaq istərdim. Florid mübahisəli bir maddədir. Aşağı dozalarda diş çürümələrinə maneə törətdiyi üçün əvvəllər sərbəst bir şəkildə diş pastalarına, hətta bəzi ölkələ...