Posts

Showing posts with the label Abdallar

Abdal kəliməsi

Abdal(Ağdam, Tovuz)- Oykonim qədim türk tayfalarından birinin- abdalın adını daşıyır. VI əsrə aid Suriya mənbəyində Şimali Qafqazın Hun əyalətində yaşayan bir sıra tayfalarla(savir, abaz, bulqar və sair) yana, abdal adlı tayfanın da adı çəkilir. V. V. Bartolda görə abdallar hundurlardır. Abdal adlı tayfa Türkmənistanda, Şimali Qafqazda, Gürcüstanda, İranda və Türkiyədə mövcud olduğu qeyd olunmuşdur. Belə bir tayfanın Azərbaycanda yaşamasını A. Bakıxanov da göstərmişdir. Azərbaycanda bu etnonimdən yaranmış 4 oykonimin mövcudluğu, Laçın şəhərinin 1923-cü ilədək Abdallar adlanması yuxarıda irəli sürülən fikir və faktların doğruluğunu bir daha təsdiq edir. Abdalın Türkçə sözlükdən qarşılığı aşağıdakıdır: 1. Safeviler devrinde İran'da yaşayan Türk oymaklarından biri. 2. Anadolu'da yaşayan oymaklardan bazısı: Geygel Abdalları. 2.Gezgin derviş.2. Dilenci kılıklı, üstü başı perişan kimse Bugünkü Saxa Türkçesinde ,erkək Şamanlara ləqəp olaraq “abıdal” şəklində bir sözcük vardır. Bu sö...