Müftə səyahət Necə olur!? Yeni bir xidmət sahəsi...
Ilk başda 2 devalvasiya görən və xərclərin ciddi şəkildə artdığı bir dövrdə, qənaət etdiyimiz başlıqlardan biri elə səyahətdir. Səyahət bizim ölkəmizdə ciddi xərc tələb edən bir fəaliyyət düşünüldüyü üçün, böyükdən tutmuş kiçiklərin növbəti saysız suallarına səbəb olur. Görəsən, 1000 manatla 1 həftə istanbulda yaşamaq olarmı və ya 2000 manatla İngiltərədə, London şəhərində 2 həftə qalmaq mümkündürmü və sairə kimi suallarla yəqin ki, çoxlarınız rastlaşıbsınız. Bu məqaləmdə mən başlıqda dediyim kimi, müftə səyahət yollarını Sizlərə təqdim etmək istəyirəm. Düşünürəm bu səyahət sevənlərə daha maraqlı ola bilər. Eyni zamanda yeni bir xidmət sahəsinin də əsasını qoya biləcək təşəbbüskarlar da bu məqalə ilə maraqlana bilərlər. Başlayaq o zaman. İlk sözünü açmaq istədiyim www.workaway.com portalıdır ki, bu veb səhifə vasitəsiylə rahatlıqla gedəcəyiniz ölkələrdə işə götürənlərin elanlarını görə bilərsiniz və müvafiq gördüyünüzə müraciət edə bilərsiniz. Hosteldə işləməkdən tutmuş, əkin sah...