Inception:Christopher Nolandan "irreplaceable" əsər
Bu günlərdə vizyonda olan Başlanğıc filmini izləmədən öncə rejissorun kim olduğunu öyrənərkən ağlıma həmən "Memento", "İnsomnia", "The Dark Knight", və "Prestige" filmlərinin altına imza atmış Christopher Nolan gəldi. Bütün bu izlədiyim filmlərdən ləzzət almış birisi kimi o filmin də yetəri qədər maraqlı olacağına şübhəm qalmadı. Əvvəlcə Nolandan danışmaq məncə yerinə düşər ki, ikili pasport(ABŞ və Birləşmiş Krallıq) daşıması təsadüf deyil, ingilis olan ata ad copywriter, ana isə amerikalı olaraq stuardessa vəzifəsində işləyib. Uşaqlığı Çikaqo və Londonda keçən Nolan hələ uşaqlıqdan filmlərə marağını biruzə vermişdir. Londonda ingilis ədəbiyyatını bitirən Nolan artıq film çəkməyə addımlarını atmışdır. Ən çox psixoloji dramalar, siberpunk(William Gibson's 1982 novel "Neuromancer") və dispotik tərzdə çəkilən mövzulu filmləri sözün əsl mənasında bəyənilmişdir. Elmi nəzəriyyələrə, psixoloji hallar və alətlərdən mükəmməl istifadə edən No...