Hollandiya/Arnhem/1-ci proyekt/xatirələr/düşüncələr/Eyyub abi
Son səyahətimdə olduğum toplam 12 şəhər və 3 ölkədən qeydlərimi hissə hissə sizlərlə bölüşmək istəyirəm, hesab edirəm ki, sizə və mənə faydalı olar. İlk başlayaq, elə ilk uçuşumuzdan. Belə ki, diqqətimi çəkən öz havalimanımızda internet heç bir maneəsiz qoşulma imkanına sahibdir, eləcə də ki, Frankfurtdakı aeroport da. Həmçinin Amsterdamdakı və digərləri, sadəcə İstanbuldakı Sabiha Gökçen havalimanında maneələr çıxdı və qoşulmaq olmadı. Bildirim ki, ilk proyektimiz Niderlandın Arnhem şəhərində oldu ki, bura da ilk dəfə gəlirdim elə adını da ilk dəfə eşidirdim. Arnhem döyüşü və körpüsü dünyaya məlumdur. Döyüş nazi Almaniyasının qələbəsi ilə nəticələnir, ancaq bu onların qərb bölgəsində sonuncu qələbələri hesab olunur. Döyüşün birləşmiş ordu tərəfindən uduzulmasında hər yerdə olduğu kimi satqınların roluyla da izah olunur(bizdə həmişə satqın ancaq bizlərdə olur düşüncəsindən artıq çıxaq). Şəhər memari və qədimliyini qorumaqdadır. Yaşıllıq, yağış, müzeylər, mükəmməl nəqliyyat qovşağı...