"Mayak 13"-ü neçə nəfər tanıyır?
Mill brendlər yaranmalıdır, yaranmalı idi, hələ də gec deyil. Beynəlxalq brendlər də zamanında yaranıb, yaşayır və yaşadılır. Bu qlobal brendlər öz ölkələrindən çıxınca, misafir olduqları ölkəyə gəlincə nə edirlər? deyə sual etsək, bugünün yeni bloquna nəfəs vermiş olarıq. Tam təsadüf, McDonaldsın Maharaja Mac yeməyini görməsəydim, həm də qoyun ət i , yüzdə yüz qoyun ayaq əti, bu bloq yazıma mövzu tapa bilməzdim. http://mcdonalds.wikia.com/wiki/Chicken_Maharaja_Mac geniş məlumatı burdan əldə edə bilərsiniz. Gələk, əsas məsələyə ki, necə olur qlobal brend Hindistanda tam fərqli bir menyu listəsilə fəaliyyət göstərir. Deməli, McDonalds başbilənləri gözəl bilirlər ki, H i ndsitanda hələ də bir ailənən ortalam a illik gəliri 800 dolları keçmir. Ancaq bu orta səviyyədə də yaşayan bir 260 mlnluq bir bazar var. Demək ki, bu yerli bazara uyğun və ekonomik sayılacaq məhsullar işləmək lazımdır. Gələk, digər ölkəyə, Finlandiya. Ən çox kofe istifadə edilən ölkələrdə...