"Çörək tapa bilmirlərsə tort yesinlər!" və ya Nemsə Yunis kimdir?
Queen qrupu sevdiyim qruplardan sayılır. Mahnılarından zövq alıram, ara sıra isə mənim üçün yeni olan mahnılarını dinləyər və lirikasını incəliyirəm. Maraqlı mahnılarından Killer Queen ilə tanış oldum ki, ilk sözləri kimi qarşıma çıxan bu aşağıdakı cümlələr kiçik bir yolculuğa çıxardı: She keeps Moet et Chandon In her pretty cabinet 'Let them eat cake' she says Just like Marie Antoinette İlk başda Moet et Chandon-dan başlayaq ki, dünyanın ən luxury brandlerindən biri sayılır ki, şampan və şərab istehsalı ilə məşğuldurlar. İl 1743, əkin sahəsi 1150 ha, illik hasilat 28 mln şampan məhsullarıdır. İçmirəm, amma içənlər dəfələrlə Nemsə Yunisin şərablarını çox tərifləyirlər. Özü ilə buradan reportaj götürülüb. Tanış ola bilərsiniz. Nemsə Yunus 4lüktə rastlaşdığımız şəxs adı isə Marie Antoinettedirsə, onun da adını çəkdiksə, kiçik də olsa məlumat paylaşaq. Əsərimizin baş qəhrəmanı, Marie, Fransa kraliçası, Kral XVI Lüdovikin arvadı. Avstriya imperatorunun...