Priego de Córdoba-bu şəhərdə hərkəs işləyə bilər!
Ispaniyada bir proyektin icrası davam edərkən, mövzu ilə bağlı ağac və gül çiçək əkilməsi ilə üçün orqanizatora müraciət edildi. Sağolsunlar, hə cavabı gəldi. Danışdıqca məlum oldu ki, onların bizi götürəcəyi yer Albasur Plena inclusion adı altında fəaliyyət göstərən bir yerdir. Maraqlısı odur ki, bu məkanda gül-çiçək və bitki yetişdirilməsi əksərən sırf fiziki məhdudiyyətli sakinlərin iştirakı və qatqısı ilə gerçəkləşdirilir. Ünvandayıq. Elə ilk qarşılayan özü hərəkət edən motorlu əl arabasında bir işçi bizi qarşıladı. Məlum oldu ki, binanın və ərazinin təhlükəsizliyindən məsul bu yoldaşdır. Albasurun meneceri olan şəxs bütün personalı tanış etdi bizlərlə. Priego de Cordoba/Spain/Guardian of Albasur Plena inclusionin/Disabled people/Integrity/Contribution (youtube.com) Sırayla hər biri özünü təqdim edib, işlərindən danışdılar və bizlərə göstərdilər. Çox ləzzət elədi. Bunu ilk dəfə görürəm. Sonra bizlər onların etdiklərini təkrar etməyə başladıq. Onlar da bizə izah edirdilə...