Lakin fikirlərin özünə də, lap maddi olmasa belə, dayaq nöqtəsi lazımdır, yoxsa öz-özünə fırlanmağa, ətrafında dövrə vurmağa başlayar; bu heçliyə heç fikirlər də duruş gətirməz.
Müxtəlif dillərdən dilimizə keçən say anlayışlı sözlər yerinə görə müxtəlif nitq hissələri və müxtəlif cümlə üzvləri vəzifəsindən cıxış edir. Belə sözlərin əksəriyyəti fars-ərəb dillərinə, müəyyən bir qismi isə başqa dillərə məxsusdur. Yek. Bu söz ya müəyyən bir sözün əvvəlində, ya da sonunda gəlir, bəzən də müəyyən bir ünsürün köməyi ilə təkrar edilir. Yeknəsəq. Yek fars dilində bir, nəsəq isə ərəb dilində üsul, cür, qayda sözləri mənasında işlənir. Yeknəsəq sözü bir üsulla, bir cür, bir qayda ilə olan iş, hərəkət, tərz və əşya bildirməyə xidmət edir. Yekdil. Ürəyi bir, əlbir, dilbir. Dübarə. İkinci dəfə, yenidən, bir daha Həştad. Səksən sayı dilimizdə paralel olaraq iki şəkildə özünü göstərir. Bu sözlərin hər ikisi Azərbaycan dilinin orfoqrafiya lüğətində öz əksini tapmışdır. Səksən sayı Azərbaycanın İran sərhədlərindən uzaqda, fars dili təsirinə məruz qalmayan yerlərində qorunub qalmışdır. İndi öz dövrünə görə az-çox ticarət mərkəzi olan və fars dili təsirinə məruz qalmış yerlərdə i...
Bir sıra sözlər var ki dilimizdə, kökünü, mənasını vəya işlənmə yerlərini bilmirik. Bilməsək belə daha sonradan istifadə etdiyimizdə təxəyyülümüzün nəticəsi kimi yerli yersiz istifadə edirik. İndi isə təqdim edəcəyim sözlərdə müəyyən mənada sizə kömək edəcəyini umuram. moltanı- dinsiz, məzhəbsiz, yolsuz 2. söyüş deməkdir. Sözün kökünü araşdırdım və bəzi nəticələrə vardım. lakonik-qısa, yığcam, azsözlü. Latınca Lakonikus(Spartan) kəliməsindən gəlir, Lakoniya vilayət olaraq Spartanlar tərəfindən əhatə olunub və idarə edilib. Bu vilayətin insanları qısaca fikrini ifadə etməkdə məşhur olublar. nəvvab- Mir Möhsün Nəvvabın adı həmişə mənə rast gəldiyində Nəvvab sözünün nə ifadə etdiyi məni cəlb etmişdir. Naib sözünün cəm halıdır və mənası böyük bir şəxsin vəzifəsini icra edən şəxs. rövnəq- SOCAR-ın prezidenti olan Rövnəq Abdullayevin adının da mənası maraqlıdır. Parlaqlıq, gözəllik və təravət deməkdir. tryuk-ustalıq, məharət 2. oyun, fırıldaq, hiylə verbal-şifahi. Verbal məlumat=şifahi məlum...
Yeni ilə çox az qalmış Toğrulla razılaşdıq ki, artıq vaxtdır. Proyekti işıqlandıraq. Uzun zamandır sürətli poçt daşıma, kuryer xidməti ilə məşğuluq. Məlumdur ki, şirkətimizin ilk dövrü çətin, daha sonra daha çətin, ən son yüksələn istiqamətdə davam etmişdir və etməkdədir. Bu dövrdə artan tələbatlara əsasən beynəlxalq məktub daşımaları aktuallaşmağa başladı, fəaliyyətimizi daha da genişlətməyi düşünüp, beynəlxalq kuryer şirkətləri ilə əməkdaşlıq üçün qolları sıvadıq. Və budur nəticə, artıq Kanadaya sənəd göndərməkdən tutmuş, Nigeriyadan məktub gətizdirməyi də gerçəkləşdirə bildik. Ancaq, ilk başda bizə niş bazar kimi gələn bir qrup potensial müştərinin də getgedə sayının artması, bizim Bagenger proyektimizə zəmin hazırladı və keçən ilin əvvəlindən üzərinə düşündüyümüz proyektə start verməli olduq. Adını Rəşidlə keçən il aprel ayının 14-də rəsmiləşdirdik. Bag+Messenger in qısaltması olaraq düşündük. Dərhal da domainini aldıq. Adını yabancı dildə qoymağımızın əsas səbəbi bu proje alı...
Comments
Post a Comment