Posts

Bərəkət sülhdə var-Concorde sindromu!

Image
Dağıdıcı, destruktiv və separatist düşüncəli insanlar sadəcə müharibə üçündür. Digər halda sakit, hüzur və sabit həyata düşməndilər.   Əzizlə, sevələ, bəzə sadəcə bihudə! Gözünün işığı olsa da, əqrəb kimi sancmağa həm özünə həm də sənə zərər verməyə hazırdır. Bilərək mi edir? Bəli bilərək də edir, bəzən bilməyərək də.   Əlacsız, çarəsiz və naçar vəziyyətdədirsə bu adamlar daha da təhlükəlidirlər. Hərkəsə. Düşmən təyin etmək və keçmiş və gələcəyi onunla bağlayıb, sanki tək hədəf odur düşüncəsilə onu məhv etmək tək qayəyə çevrilir. Bu halda mənə deyin, teroristdən fərqi varmı? Eyni güc və məntiq. Partlamağa hazırdır... ... Sual onda ortaya çıxır, niyə sənin əlində partlasın ki? Burax başqasında partlasın! Halbuki, bütün yuxarıdakıları qırağa qoyaq. Bu adamlar, görünən odur ki, ən çox zərər görmüş, sevgi əvəzinə nifrətlə qarşılaşmışlar. Onlar öz əqidələrilə düz yaşamağa çalışsalar da, icazə vermədilər. Onlar bu halda ancaq sui istifadə edildilər. Doğru və ya düz nədir? At...

Hoosiers- disiplin yoxdursa, istedad fayda verməz!

Image
  1980-lərin filmləri həqiqətən daha informativ və inqilabi səciyyələr daşıyır. Dostum Şamxalın töfsiyəsi əsasında izlədim. Filmin adı Hoosiers deyə keçir. Mənası dəqiq deyil və kökü hardan gəlir. Ancaq İndiananın yerli əhalisinə Hoosiers deyirlər. 5 versiyada açıqlanır mənası, amma mövzumuz bugün bu deyil. Filmdən diqqqətimi çəkən sitatları sizlə adəti üzrə bölüşürəm: 1.Komandada hərkəs bir olmalıdır, biri digərindən üstün olmamalıdır. 2. Bir çox insan bir neçə dəqiqə tanrılar kimi davranır. 3. Bu kiçik əyalətdə olmanızın iki səbəbi var: a) Nədənsə qaçırsınız b) Gedəcək başqa yeriniz yoxdur 4. Umuram, kim olduğumuzu dəstəklərsiniz, kim olmadığımızı deyil 5. Komandada istedadlı çoxdur, sadəcə disiplin yoxdur. 6. Kiçik yerlərdə insanlar dəyişmir, sabit qalır. Bu da gözəldir. Çünki, güvən verir.

Gələcəyimiz şəxsən bizə yaddır!

Image
 Davranış iqtisadçısı Tomas Şellinq bildirir ki, məqsədimizə çatmaq üçün seçimləri məhdudlaşdırmalıyıq. O bunu ilkin öhdəlik adlandırırdı. Sizin rasional məniniz fəaliyyət planınızı müəyyən edir, lakin tamahının əsiri olan məniniz çox vaxt planı son an dəyişməyə qərar verir. Əgər yanlış prioritetləri olan tamahlanmış mənə nə istədiyini etməyə imkan verilsə, nəticə birmənalı şəkildə özünün işini pozmağa gətirib çıxarır. Ətrafınızda tamahınızın əsiri olanda dəstək üçün müraciət edə biləcəyiniz, onunla öz məqsədlərinizi bölüşə biləcəyiniz insan varmı? Prinston Universitetinin psixoloqu Emili Pronin yanlış təsəvvürlərimizin bizim gələcək "mən"ə yad adam kimi baxmağımıza səbəb olduğunu göstərmişdir. Görünən odur ki, gələcəyimiz bizə yaddır!

Tamaha 3 addımda qalib gəlmək!

Image
 İstedadlı olmağınız o demək deyil ki, siz uğurlu olacaqsınız, düzgün istifadə etməsəniz, istedadınız sizə düşmən olar. Sizi hərkəslə uz göz edər! Maraqlıdır ki, Osmanlının zəfərləri çox danışılır, ancaq uğursuz döyüşləri, məğlub meydan müharibələrini öz tarixlərində görə bilmirik. Niyə uğursuzluğu və məğlubiyyəti özümüzə düşmən görürük. Diqqətimizi fəaliyyət və təhsildə cəmləyəcəyik, təsdiq və statusdan imtina edəcəyik. Günün bəlası, idman salonlarında sadəcə qola və qarına işləyirlər, istagramda yalnız gözəl görünən fotoları paylaşırlar. Fəaliyyət və təhsillə bağlı nadirən görərik. Çörçilin dediyi kimi, faktlar xəyallardan yaxşıdır. Qoca sirk şimpanzesi ayrı araşdırma mərkəzinin şimpanzesi ayrı olur. İnsan əlçatan zövqdən ötrü, həqiqətən də, istədiklərindən özlərini məhrum edirlər.  Sizdən uzaq olanlara yox demək daha asandır.  Qəssabların müzakirəsində keçilərin tərəf tutması, onların taleyini dəyişdirməz. Əgər "daha heç vaxt" demək sizə olduqca amansız iradə sınağı ki...

Yengəc mentaliteti-Vedrədəki xərçəng sindromu

Image
 Belə bir sual doğur: insanın özünəinamı real nailiyyətlərindən başqa, nədən asılıdır? Cavab aydındır: heç nədən. Eqo. Buna görə də tez-tez sürətli yüksəlişlər ardınca fəlakətli enişlər izləyirik. Mədəni dəyərlərimiz, demək olar, həmişə bizi təsdiqdən asılı vəziyyətdə salmağa çalışır, bizim konkret ad daşımağımızı və emosiyalarımız tərəfindən idarə olunmağımızı istəyir. Tez-tez "vedrədəki xərçənglər" sindromu olaraq adlandırılan cır zehniyyəti, fərdlərin paxıllıq, qısqanclıq və ya etibarsızlıq üzündən uğur qazanan və ya irəliləyən başqalarını aşağı çəkməsi və ya zəiflətməsi davranışının metaforasıdır. Vedrədəki xərçənglər metaforası, iş yoldaşları və ya eyni icmanın üzvləri və ya demoqrafik  oxşarlıqları olan insanların bir-birinin uğuruna qarşı dəstək olmamaya və ya ciddi şəkildə maneələri təsvir etmək üçün istifadə olunur. Bu, uğurlu olacaq bir şəxsin ətrafdakılar tərəfindən potensial olaraq geri çəkildiyi bir vəziyyəti təsvir edir. Digər deyişlə bu xərçəng vedrəsi nəzəriyy...

Mükafat gecikincə, dəyər o qədər azalır!

Image
  Xəyallarla dolu beynimizi olduqca strateji qərarlar vermək üçün istifadə etmir, özümüzə daha məntiqsiz işlər görməyə icazə veririk. Bu səbəbdən də qabığın alın payının ön hissəsi təkcə özünənəzarətdə güclü deyildir. O həm də pis qərarları məntiqli hesab edər və sabah daha yaxşı olacağına söz verə bilər.     Yarımçıq adam deyə dilimizdə bir söz var, nədir bu? Bütün işlərdə gözəl başlayır və tamamlaya bilmir. Davamını gətirə bilmir. İstəsə də edə bilmir. Ehtirası, hırsı və kor cəsarəti. Boğulmağa məhkumdur!   Mükafatı nə qədər çox gözləyiriksə, dəyəri bir o qədər azalır. Buna gecikmə endirimi deyirlər.   Onlar əlçatan zövqdən ötrü, həqiqətən də, istədiklərindən özlərini məhrum etmişdilər.   M əhdudlaşmış rasionallıq nədir ? Biz i şə başlayana qədər rasional oluruq. Nəzəriyyədə rasionallığımız mükəmməl olur, lakin tamahlandıqda beynimiz mükafatı əldən verməmək üçün mükafat axtarma əhvalına keçir.   Məhdudlaşmış özünənəzarət- biz özüm...

Tanış olun, General İrvin!

Image
The last castle filmindən alıntılar: 1. Həbsxanada keçirdiyiniz hər dəqiqədən nə gözləyirsiniz?    -Heç bir şey, cəzamı çəkib evə dönəcəm! 2. Səninlə nə danışacağımı bilmədim? Havadan sudan danışmaq səninlə mənlik deyil! 3. Sən bir hərbiçi kimi ata olmadın ki! 4. Həyatında səhvini bir gündə 1 dəfə etmisən, ancaq 6 il 8 ay 11 günün bunu aradan qaldırmaq üçündür. 5. İşgəncə ilə insanın mənliyini yox etməyə çalışırlar. 6. Bəzən armud dibinə düşmür 7.  Bayrağımı geri ver!      -Bu sənin bayrağın deyil! 8. Görürsən necə asandır insanları manipulyasiya etmək!? 9.