Posts

Tamaha 3 addımda qalib gəlmək!

Image
 İstedadlı olmağınız o demək deyil ki, siz uğurlu olacaqsınız, düzgün istifadə etməsəniz, istedadınız sizə düşmən olar. Sizi hərkəslə uz göz edər! Maraqlıdır ki, Osmanlının zəfərləri çox danışılır, ancaq uğursuz döyüşləri, məğlub meydan müharibələrini öz tarixlərində görə bilmirik. Niyə uğursuzluğu və məğlubiyyəti özümüzə düşmən görürük. Diqqətimizi fəaliyyət və təhsildə cəmləyəcəyik, təsdiq və statusdan imtina edəcəyik. Günün bəlası, idman salonlarında sadəcə qola və qarına işləyirlər, istagramda yalnız gözəl görünən fotoları paylaşırlar. Fəaliyyət və təhsillə bağlı nadirən görərik. Çörçilin dediyi kimi, faktlar xəyallardan yaxşıdır. Qoca sirk şimpanzesi ayrı araşdırma mərkəzinin şimpanzesi ayrı olur. İnsan əlçatan zövqdən ötrü, həqiqətən də, istədiklərindən özlərini məhrum edirlər.  Sizdən uzaq olanlara yox demək daha asandır.  Qəssabların müzakirəsində keçilərin tərəf tutması, onların taleyini dəyişdirməz. Əgər "daha heç vaxt" demək sizə olduqca amansız iradə sınağı ki...

Yengəc mentaliteti-Vedrədəki xərçəng sindromu

Image
 Belə bir sual doğur: insanın özünəinamı real nailiyyətlərindən başqa, nədən asılıdır? Cavab aydındır: heç nədən. Eqo. Buna görə də tez-tez sürətli yüksəlişlər ardınca fəlakətli enişlər izləyirik. Mədəni dəyərlərimiz, demək olar, həmişə bizi təsdiqdən asılı vəziyyətdə salmağa çalışır, bizim konkret ad daşımağımızı və emosiyalarımız tərəfindən idarə olunmağımızı istəyir. Tez-tez "vedrədəki xərçənglər" sindromu olaraq adlandırılan cır zehniyyəti, fərdlərin paxıllıq, qısqanclıq və ya etibarsızlıq üzündən uğur qazanan və ya irəliləyən başqalarını aşağı çəkməsi və ya zəiflətməsi davranışının metaforasıdır. Vedrədəki xərçənglər metaforası, iş yoldaşları və ya eyni icmanın üzvləri və ya demoqrafik  oxşarlıqları olan insanların bir-birinin uğuruna qarşı dəstək olmamaya və ya ciddi şəkildə maneələri təsvir etmək üçün istifadə olunur. Bu, uğurlu olacaq bir şəxsin ətrafdakılar tərəfindən potensial olaraq geri çəkildiyi bir vəziyyəti təsvir edir. Digər deyişlə bu xərçəng vedrəsi nəzəriyy...

Mükafat gecikincə, dəyər o qədər azalır!

Image
  Xəyallarla dolu beynimizi olduqca strateji qərarlar vermək üçün istifadə etmir, özümüzə daha məntiqsiz işlər görməyə icazə veririk. Bu səbəbdən də qabığın alın payının ön hissəsi təkcə özünənəzarətdə güclü deyildir. O həm də pis qərarları məntiqli hesab edər və sabah daha yaxşı olacağına söz verə bilər.     Yarımçıq adam deyə dilimizdə bir söz var, nədir bu? Bütün işlərdə gözəl başlayır və tamamlaya bilmir. Davamını gətirə bilmir. İstəsə də edə bilmir. Ehtirası, hırsı və kor cəsarəti. Boğulmağa məhkumdur!   Mükafatı nə qədər çox gözləyiriksə, dəyəri bir o qədər azalır. Buna gecikmə endirimi deyirlər.   Onlar əlçatan zövqdən ötrü, həqiqətən də, istədiklərindən özlərini məhrum etmişdilər.   M əhdudlaşmış rasionallıq nədir ? Biz i şə başlayana qədər rasional oluruq. Nəzəriyyədə rasionallığımız mükəmməl olur, lakin tamahlandıqda beynimiz mükafatı əldən verməmək üçün mükafat axtarma əhvalına keçir.   Məhdudlaşmış özünənəzarət- biz özüm...

Tanış olun, General İrvin!

Image
The last castle filmindən alıntılar: 1. Həbsxanada keçirdiyiniz hər dəqiqədən nə gözləyirsiniz?    -Heç bir şey, cəzamı çəkib evə dönəcəm! 2. Səninlə nə danışacağımı bilmədim? Havadan sudan danışmaq səninlə mənlik deyil! 3. Sən bir hərbiçi kimi ata olmadın ki! 4. Həyatında səhvini bir gündə 1 dəfə etmisən, ancaq 6 il 8 ay 11 günün bunu aradan qaldırmaq üçündür. 5. İşgəncə ilə insanın mənliyini yox etməyə çalışırlar. 6. Bəzən armud dibinə düşmür 7.  Bayrağımı geri ver!      -Bu sənin bayrağın deyil! 8. Görürsən necə asandır insanları manipulyasiya etmək!? 9.

Atan stula oturmağını istəyir!

Image
 Ryan Holiday-in mənə tanıtdığı William Tecumseh Shermanı artıq siz də tanıyın. Qısa özündən yazsaq, ABŞ-ın ilk sivil generalı  və eyni zamanda Linkolnla dövrünə uyğun bir çox müzakirələrdə olmuş bir Vətəndaş müharibəsi iştirakçısı. Ard arda qalibiyyətləri ilə məşhur olan Şermanı niyə bəyənirəm. Eqonun əsir etmədiyi və onunla davranmağı əla bilən bir insan. Əsil nümunəvi şəxs. Stoikləri mənimsəyən və dövrünə uyğun tətbiq edən general. A. Linkolnlə bir neçə görüşündən sonra məni ali baş komandan etməməyi şərt kimi irəli sürməsi tarixin səhifələrinə qızıl hərflərlə yazdırmışdır. Düşünün ki, kim birinci olmaq istəməz ki. O ərəfədə digər generallar 1-ci olmaq üçün yarışır. O isə 2-ci olmağı seçdi və bizə bu termini bəxş etdi. O bizə ikinci olmağı da arzulamağı aşıladı!. Tanış olun bu sözlə.  Shermanesque statement. Şerman bəyanatı. Respublikaçıların seçkilərdən öncə Şermanı namizəd kimi görmək istəyəndə, onun tutumu və tavrı bu bəyanatı yaratdı. Qısa baxış: Sherman bəyanatı, ...

Su kimi, axarlı və formasız ol!

Image
The Alan Parsons Project - Sirius (Music From NBA Films) musiqisini dinlədikcə bu sözləri yazmaq içimdən keçdi(  chicago bulls theme allan parsons project (youtube.com)  ): Siz konkret formaya yiyələnməklə, əyani planlara malik olmaqla özünüzü düşmənləriniz üçün açmış olursunuz. Düşmənlərinizin hücum edə biləcəkləri konkret forma almaq əvəzinə, uyğunlaşın və daimi hərəkətdə olun. Bu faktı qəbul edin ki, müəyyən heç nə yoxdur və bir dəfə həmişəlik qoyulmuş qanunlar mövcud deyildir. Özünü müdafiə etməyin ən yaxşı üsulu- su kimi, axarlı və formasız olmaqdır; stabillik və uzunmüddətli qayda-qanuna heç vaxt stavka etməyin. Hər şey dəyişir.  Robert Green- əvvəl fəhlə, sonra stratoloq!

Elxanla kiçik söyləşi/Peyğəmbər bölgüsü

Image
 Elxan bəylə ilk dəfə ikili şəkildə işlə bağlı bir araya gəldik. Maraqlı müzakirələr oldu və mənim də ondan duyduğum, öyrəndiyim fikirləri və qənaətləri bölüşmək istəyirəm: 1. Bölüşmək ana prinsipidir, heç zaman mübahisəyə getməz, gedənləri istəkləri ilə üz üzə qoyar. Burda gəldiyim qənaət güzəşt etməyi bacarmağıdır. Hansı ki, son illər demək olar ki, şəxslərin lüğətində istifadə olunmur, nəinki tətbiq edilsin. Çox insan güzəçt etmək istəmir. Mübahisələr də elə çox zaman burdan doğur. Bir də peyğəmbər bölgüsündən söz açdıq ki, burda bir xeyli marağa səbəb oldu. Prinsip sadədir: Sən böl, mən seçim! 2. Sahib olduğu gücü istismar etmir, bərabər şəkildə bölüşdürməyi bacarır.  Gücün verdiyi istilik onu dumanlandırmır. Necə ki, bir az uğur insanı nəhəng bir divə çevirir və o uğurun gətirdiyi güclə başqalarına nəyisə sübut etməyə çalışır, hətta əzir və ya yalnız maraqlarına xidmət edir. Bu bir məhvə gedən yoldur. Onunla danışığımızda kiçik bir nümunəsini yazmaq yerində olar. Azercell...