Posts

İntihar etmə, "Samaritans"a zəng et!!!

Image
Edward Chad Varah   Tamam başqa bir məlumat arayışında, yuxarıdakı isim qarşıma çıxdı. Yaxşı da araşdırmağa başladım. Bu şəxs İngiltərədə bağlı olduğu kilsədən yola çıxaraq bir ilkə imza atmışdır. 7 gün 24 saat çalışan və fasiləsiz xidmət göstərən telefon zənglərinə cavabı ancaq intihar etmək istəyən şəxslərə xidmət kimi təqdim etmişdir. Hardan çıxdı bu yola desək, 1935-ci ildə özünün ilk yas mərasimini idarə edəndə kilsədəki özünə qəsd etmiş 14 yaşındakı qızın mərasimində çox təsirlənmişdir. Bu təsir uzun illər onu düşündürmüşdür, çünki bu kiçik qız çox sadə səbəbdən, daha doğrusu yetərli məlumatsızlıqdan özünə qəsd etmişdir. Nəhayət, 1953-cü ildə özünəqəsdin qarşısını almaq üçün ilk telefon yardım xətti xidmətinin əsasını qoydu və nəticədə noyabrın 2-si ilk zəng daxil oldu. Xidmətin adını Samaritans qoyaraq, keçmiş Kənan ölkəsində məskunlaşmış samirilərə ithaf olunmuşdur. Samirilərin çox özünə məxsus tarixçəsi var. Qısacası onlar bugün də var və sayları az da olsa Halon, İs...

Can Yandır kitabından alıntılar-1

 Yeni başladığım Can yandır kitabından alıntılar 1. Roy Oldenberqin elmə verdiyi üçüncü məkan (third place) qavramasını çox bəyəndim. Birinci məkan evindirsə, ikinci məkan işindirsə, üçüncü məkan kitabxana, kofe evi, çayxana və ya kilsə də ola bilər. Üçüncü məkanı da diqqətli seçin çünki o da evdəki rahatlığı sizə verməlidir. Əks halda, daha mutsuz olarsınız. Üçüncü məkanların bir də yaratdığı fikir azadlığı, təşəbbüskarlıq və yeni biznes ideyaları, uyğun tanışlıqlara səbəb verməsidir. Bəlkə də Osmanlı sultanı IV Murad İstanbuldakı qəhvəxanaları buna görə bağlatdırmışdır. 2. Yəhudilərin qədim bir adəti var. Yortsayt. İldə bir dəfə rəhmətə getmiş ölüsünü xatırlayanda 1 sutka dayanmadan şam yandırırlar.  3. Öz Uğursuzluğunu atanın və ya ananın həyatdakı uğursuzluğuna bağlamamalısan. Çünki, Starbucksın qurucusu ən çətin və şəraitsiz mühitdə və bir parça çörəyə möhtac olan ailədə doğulub, boya başa çatsada o fəqir olmadı, əksinə Böyük Dəyərə sahib oldu. Minlərlə işçisi olan bir br...

Yaşadıqlarım, Eşitdiklərim və Gördüklərim-1

 Yaxın dostlar bilir, zamanla Sizlərlə də bölüşəcəm. Aylar öncə 2 hüquqşünas(biri vəkildir hal hazırda) şirkətimizlə bağlı dövlət orqanlarına  əsassız və qərəzli şikayətlər etmişdir və etməkdədir. Problem davam edir. Ancaq buna hələ gəlmirəm, gələcək tarixlərdə böyük ehtimal məsələni həm yazıb işıqlandıracam həm də onlar haqqında geniş yazacam. İndi isə yaşadığım və əldə etdiyim təcrübələri sizlərlə bölüşmək istəyirəm. Yuxarıda qeyd etdiyim 2 şəxs şirkətdən şikayət etdikcə ,şikayətlər əsasında bir çox dövlət qurumları ilə bizə müraciət etmişdir və bir çoxuna da biz müraciət etdik. Məlum oldu ki, bu işlərin özü başlı başına bir ciddi iş toplusudur və nəticədə məlumatlı olursunuz. Mənim ilk yazmaq istədiyim məhz bizim müraciətlərindən biri olan Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdürü Fuad Ələsgərovun qəbuluna yazılmağım və hadisələr çərçivəsində baş verənlər haqqında Sizi məlumatlandırmaqdır. Müraciət, ilk başda Əhməd Rəcəblidə 7 saylı Asan...

Qutabçı susursa, Ədalət niyə danışsın?

Image
 Keçən dəfə diqqətimi çəkən bir hadisə baş verdi. Küçə yeməklərindən sayılan qutabçıya yaxınlaşdım və 3 ədəd qarın qutabı sifariş etdim. Həmişə getdiyim yerdir. Maraqlı olan mənimlə birgə başqa bir qutabsevər də sifariş vermişdi, 4-ünü də o dedi. Ardıcıllıqla sifarişlər gəldi və yeməyə başladı. Qutabsevər tanımadığım şəxs kök idi və çox ləzzətlə yeməyə davam edirdi. Sürətli yediyi üçün, yenidən sifarişə keçdi və 4 dənə daha sifariş etdi. Burada artıq mən qutabçı xanımlara baxdım və diqqətlicə süzdüm. Onlar kök müştəriyə daha 4 qutabın ona çox olacağını və kökəldəcəyini xəbərdar etmədilər. Tam əksinə, daha cəld hazırlamağa qoyuldular. Anladığım tək oldu ki, qutabı çox satmaq və hərkəsə satmaq onun təməl məqsədidir. Şişman adamı daha da çəkisinin artacağını dilə belə gətirmək istəmir qutabçı. Dünyada və istənilən səviyyənin adamı marağı başlayınca ədaləti söndürür və lap elə Mingəçevirdən "rubilnikini" söndürən kimi. Qutabçı belə susursa, sadə xalq və sadə insanlar da susur. On...

Maraqlı sitatlar

  Axmaqlığın səbəb olduğu bir şeyi hiyləgərliyin ayağına yazma.  Bu deyim Robert Henlonun adı ilə bağlıdır. Henlon ülgücü deyilir buna. Bir-birinə zidd fərziyyələr toqquşanda daha az sayda fərziyyələrə əsaslananı seçmək lazımdır ki, bu onun yoxlanmasını sadələşsin.  "Ehtiyac olmadan müddəaları artırmaq lazım deyil." Buna da Okkam ülgücü deyilir. Sübutsuz iddia olunan məsələ, sübutsuz da rədd oluna bilər. Hitçens ülgücü də adlandırılır.  19-cu əsrdə istifadə olunan  quod grātīs asseritur, grātīs negātur  (sübutsuz iddia olunan, sübutsuz rədd edilə bilər) latınca atalar sözü ilə müqayisə edilmişdir.

Tanış olun, QonaqOL proyekti Sizə qonaq gəlir!!!

Əziz dostlar və FB əlaqələrim Yeni proyektlə tanış olun. QonaqOL proyekti ani verilmiş bir qərarın nəticəsidir. Proyektin əsas məqsədi, dünyanın dörd bir yanına səpələnmiş Azərbaycanlıların bir birinə qonaq olmasını təmin etməkdir. Eyni zamanda, ölkədaxili bir şəhərdən digər şəhərə də bu proyekt nəzərdə tutulub. Bu proyekt bütün Azərbaycanlıların yardımlaşma, bir araya gəlmə, bir birini tanıması və inteqrasıyasına xidmət göstərməsinə vasitə olacaq. İlk başda, bu Facebook qrupunda Elanlar kimi gerçəkləşəcək. Proyekt dünyada yaşayan bütün Azərbaycanlıları ehtiva edir. Proyektin məzmununu misallarla daha aydın izah edə biləcəyimizi düşünərək növbəli şəkildə aşağıda qeyd edirik. Adlar şərtidir Misal 1 Polad Almaniyanın Berlin şəhərindən, Polşanın Varşava şəhərinə 5 günlük iş ziyarətinə gedir, bu halda, Varşavada yaşayan İlqar Poladı evində qonaq olmasına razılıq verir. Misal 2 Azərbaycan Gəncə şəhərindən Yunis, Kanadanın Ottava şəhərinə turist kimi 7 günlük qalacaq v...

Bagenger'in qısa tarixçəsi!

Image
Yeni ilə çox az qalmış Toğrulla razılaşdıq ki, artıq vaxtdır. Proyekti işıqlandıraq. Uzun zamandır sürətli poçt daşıma, kuryer xidməti ilə məşğuluq. Məlumdur ki, şirkətimizin ilk dövrü çətin, daha sonra daha çətin, ən son yüksələn istiqamətdə davam etmişdir və etməkdədir. Bu dövrdə artan tələbatlara əsasən beynəlxalq məktub daşımaları aktuallaşmağa başladı, fəaliyyətimizi daha da genişlətməyi düşünüp, beynəlxalq kuryer şirkətləri ilə əməkdaşlıq üçün qolları sıvadıq. Və budur nəticə, artıq Kanadaya sənəd göndərməkdən tutmuş, Nigeriyadan məktub gətizdirməyi də gerçəkləşdirə bildik. Ancaq, ilk başda bizə niş bazar kimi gələn bir qrup potensial müştərinin də getgedə sayının artması, bizim Bagenger proyektimizə zəmin hazırladı və keçən ilin əvvəlindən üzərinə düşündüyümüz proyektə start verməli olduq. Adını Rəşidlə keçən il aprel ayının 14-də rəsmiləşdirdik. Bag+Messenger in qısaltması olaraq düşündük. Dərhal da domainini aldıq. Adını yabancı dildə qoymağımızın əsas səbəbi bu proje alı...