Posts

Qutabçı susursa, Ədalət niyə danışsın?

Image
 Keçən dəfə diqqətimi çəkən bir hadisə baş verdi. Küçə yeməklərindən sayılan qutabçıya yaxınlaşdım və 3 ədəd qarın qutabı sifariş etdim. Həmişə getdiyim yerdir. Maraqlı olan mənimlə birgə başqa bir qutabsevər də sifariş vermişdi, 4-ünü də o dedi. Ardıcıllıqla sifarişlər gəldi və yeməyə başladı. Qutabsevər tanımadığım şəxs kök idi və çox ləzzətlə yeməyə davam edirdi. Sürətli yediyi üçün, yenidən sifarişə keçdi və 4 dənə daha sifariş etdi. Burada artıq mən qutabçı xanımlara baxdım və diqqətlicə süzdüm. Onlar kök müştəriyə daha 4 qutabın ona çox olacağını və kökəldəcəyini xəbərdar etmədilər. Tam əksinə, daha cəld hazırlamağa qoyuldular. Anladığım tək oldu ki, qutabı çox satmaq və hərkəsə satmaq onun təməl məqsədidir. Şişman adamı daha da çəkisinin artacağını dilə belə gətirmək istəmir qutabçı. Dünyada və istənilən səviyyənin adamı marağı başlayınca ədaləti söndürür və lap elə Mingəçevirdən "rubilnikini" söndürən kimi. Qutabçı belə susursa, sadə xalq və sadə insanlar da susur. On...

Maraqlı sitatlar

  Axmaqlığın səbəb olduğu bir şeyi hiyləgərliyin ayağına yazma.  Bu deyim Robert Henlonun adı ilə bağlıdır. Henlon ülgücü deyilir buna. Bir-birinə zidd fərziyyələr toqquşanda daha az sayda fərziyyələrə əsaslananı seçmək lazımdır ki, bu onun yoxlanmasını sadələşsin.  "Ehtiyac olmadan müddəaları artırmaq lazım deyil." Buna da Okkam ülgücü deyilir. Sübutsuz iddia olunan məsələ, sübutsuz da rədd oluna bilər. Hitçens ülgücü də adlandırılır.  19-cu əsrdə istifadə olunan  quod grātīs asseritur, grātīs negātur  (sübutsuz iddia olunan, sübutsuz rədd edilə bilər) latınca atalar sözü ilə müqayisə edilmişdir.

Tanış olun, QonaqOL proyekti Sizə qonaq gəlir!!!

Əziz dostlar və FB əlaqələrim Yeni proyektlə tanış olun. QonaqOL proyekti ani verilmiş bir qərarın nəticəsidir. Proyektin əsas məqsədi, dünyanın dörd bir yanına səpələnmiş Azərbaycanlıların bir birinə qonaq olmasını təmin etməkdir. Eyni zamanda, ölkədaxili bir şəhərdən digər şəhərə də bu proyekt nəzərdə tutulub. Bu proyekt bütün Azərbaycanlıların yardımlaşma, bir araya gəlmə, bir birini tanıması və inteqrasıyasına xidmət göstərməsinə vasitə olacaq. İlk başda, bu Facebook qrupunda Elanlar kimi gerçəkləşəcək. Proyekt dünyada yaşayan bütün Azərbaycanlıları ehtiva edir. Proyektin məzmununu misallarla daha aydın izah edə biləcəyimizi düşünərək növbəli şəkildə aşağıda qeyd edirik. Adlar şərtidir Misal 1 Polad Almaniyanın Berlin şəhərindən, Polşanın Varşava şəhərinə 5 günlük iş ziyarətinə gedir, bu halda, Varşavada yaşayan İlqar Poladı evində qonaq olmasına razılıq verir. Misal 2 Azərbaycan Gəncə şəhərindən Yunis, Kanadanın Ottava şəhərinə turist kimi 7 günlük qalacaq v...

Bagenger'in qısa tarixçəsi!

Image
Yeni ilə çox az qalmış Toğrulla razılaşdıq ki, artıq vaxtdır. Proyekti işıqlandıraq. Uzun zamandır sürətli poçt daşıma, kuryer xidməti ilə məşğuluq. Məlumdur ki, şirkətimizin ilk dövrü çətin, daha sonra daha çətin, ən son yüksələn istiqamətdə davam etmişdir və etməkdədir. Bu dövrdə artan tələbatlara əsasən beynəlxalq məktub daşımaları aktuallaşmağa başladı, fəaliyyətimizi daha da genişlətməyi düşünüp, beynəlxalq kuryer şirkətləri ilə əməkdaşlıq üçün qolları sıvadıq. Və budur nəticə, artıq Kanadaya sənəd göndərməkdən tutmuş, Nigeriyadan məktub gətizdirməyi də gerçəkləşdirə bildik. Ancaq, ilk başda bizə niş bazar kimi gələn bir qrup potensial müştərinin də getgedə sayının artması, bizim Bagenger proyektimizə zəmin hazırladı və keçən ilin əvvəlindən üzərinə düşündüyümüz proyektə start verməli olduq. Adını Rəşidlə keçən il aprel ayının 14-də rəsmiləşdirdik. Bag+Messenger in qısaltması olaraq düşündük. Dərhal da domainini aldıq. Adını yabancı dildə qoymağımızın əsas səbəbi bu proje alı...

Bir müəllim,bir ideya,bir məhəllə,müxtəlif boya,ümid dolu gələcək!!!

Image
Yer Indoneziya. Daha dəqiq Yava adası. Kəndin adı Kampung Pelangi. Kiçik də kiçik bir kənd. Böyük bir dəyişikliyə ilk addımını atdı. Bu 232 evdən ibarət  bu gecəqondu məhəlləsi başdan başa parlaq rənglərlə boyanıldı. Üstünə grafiti şəkilləri də divarları bəzəməzmi... Hökümətin xərci sadəcə 22.467 dollar oldu. Bundan artıq xərc çəkilməyib. Bugünki adı Göyqurşağı kəndi. Kənd bütünlüklə simasını dəyişdi. Artıq ciddi sayda turist sayı görmək mümkündür. Onların bura marağı artmış və gəlib bol bol şəkillər çəkdirirlər. Bələdiyyə başçısı Hendrar Prihadi bildirir ki, burada sakinlərin aktiv cəlbini də görə bilərik ki, onlar evlərinin də transformasiyasına çox istəkli olublar.O qədər ki, hər zaman çirkli olan suyun da təmizliyinə fikir verirlər və onu vaxtaşırı təmizləyirlər. Bu parlaq düşüncənin sahibi desəniz kimdir? 54 yaşlı universitet müəllimi Slamet Widodo.  O eynən aşağıdakı sözlərin müəllifidir: Gələcəkdə bu rəngarənglik bizim icmaya faydalar gətirəcək, xüsusilə də iqtis...

Allah bəlanı versin Edward Bernays!

Image
Il 1929. Edward Bernays Lucky Strike ilə bir anlaşmanın nəticəsiylə ilk belə bir kampaniyaya start verdi. Keşkə verməz olaydı. Kampaniyanın adı Torches of Freedom idi. Cəmiyyətdə o dövrə qədər siqaret çəkmələrinə pis gözlə baxılan və ayıblanan qadınlar hədəf alınmışdır. Lucky Strike sponsorluğunda, qadınlara da siqaret sata bilmək üçün hazırlanan kampaniyada öncəliklə bir qrup gənc model qadının əllərində siqaretlər və azadlıq məşalələri yazılan pankartlarla, New Yorkda bir şənliyə qatılmaları təşkil edildi. Bütün bunlar yenə bir yəhudi düşüncəsinin məhsuludur. Üstəlik də Zigmund Freudun qohumunun. Mütləq ki, ondan da bir şeylər öyrənmişdir. Ancaq kampaniyanın başlanmasından öncə Abraham Arden Brill ilə çox məsləhətləşmişdi və psixoanalist kimi onun fikirlərindən bəhrələnmişdir. Ancaq bu işlərin başı elə American Tobacco Company-nin prezidenti George Hill idi. O, o zamanki PR-ın atası sayılan Edwardın bu işin öhdəsindən gələcəyini gözəlcə öncədən görmüşdü. Siqaretlər bir azadlıq sim...

Hər şirkətin Jozef Göbbelsə ehtiyacı var... Bir az da Rudolf Hessə!

Image
Fikir vermisinizsə, brendinə bağlı fanatik müştəri demək olar ki, yoxdur. Var. Azdır. Doya doya, durmadan, ancaq müsbət yönləriylə bağlı olduğu brendi bizə mədh etsin. Tamam, cansız əmtəə nişanına ya da məhsul, ya da xidmətin keyfiyyətinə niyə bu qədər bağlı olunsun deyə bilərsiniz. Ancaq çətin deyil ki, şəxslərə, məşhurlara, adi insanlara, qonşulara, iş yoldaşlarına, heç də həyatımızda rolu olan və ya olmayan insanlara da biz bağlı deyilik. Bunun yanında sevilənlər öldükdə unutulur, unutulanlar isə yada salınmır. Hələ bu bizim virtual fanatlığımız işin içinə girincə daha da betər. Enyanın Boadicea mahnısını dinləyincə durumun daha da vahiməli olduğu çıplaq şəkildə önümüzə sərilir. Onu müşayiət edən Rudolph Hessin son çıxışıyla miksi daha daha təsiredicidir. Son çıxışında disoriyentasiyadan və amniziyadan əziyyət çəksə belə, ilk özünü topladığı anda Hitlerə və ölkəsinin insanlarına bağlılığını ifadə edirdi. Həm də dəlicəsinə... Bütün bunları nəyə bağlayacağıq desək, Word of Mouth M...