Posts

Hər şirkətin Jozef Göbbelsə ehtiyacı var... Bir az da Rudolf Hessə!

Image
Fikir vermisinizsə, brendinə bağlı fanatik müştəri demək olar ki, yoxdur. Var. Azdır. Doya doya, durmadan, ancaq müsbət yönləriylə bağlı olduğu brendi bizə mədh etsin. Tamam, cansız əmtəə nişanına ya da məhsul, ya da xidmətin keyfiyyətinə niyə bu qədər bağlı olunsun deyə bilərsiniz. Ancaq çətin deyil ki, şəxslərə, məşhurlara, adi insanlara, qonşulara, iş yoldaşlarına, heç də həyatımızda rolu olan və ya olmayan insanlara da biz bağlı deyilik. Bunun yanında sevilənlər öldükdə unutulur, unutulanlar isə yada salınmır. Hələ bu bizim virtual fanatlığımız işin içinə girincə daha da betər. Enyanın Boadicea mahnısını dinləyincə durumun daha da vahiməli olduğu çıplaq şəkildə önümüzə sərilir. Onu müşayiət edən Rudolph Hessin son çıxışıyla miksi daha daha təsiredicidir. Son çıxışında disoriyentasiyadan və amniziyadan əziyyət çəksə belə, ilk özünü topladığı anda Hitlerə və ölkəsinin insanlarına bağlılığını ifadə edirdi. Həm də dəlicəsinə... Bütün bunları nəyə bağlayacağıq desək, Word of Mouth M...

İnanırsansa cəsur ola bilərsən...Məncə o Sizdə var!

Image
Cəsarətin ağılla əlaqəsi yoxdur. İnanırsan cəsur ola bilərsən. İnancınla ağlını yox et. Ağlını yox edə bilməsən, cəsur ola bilməzsən. Söhbət Sinan Çetinin Romantik filmindəki bir personajın işlətdiyi sözlərə gəlir. Bu yazımda cəsarətli olmağa çağıracam Sizləri. Günlərlə beynimin içini qurcalıyan bir məsələni  Sizlərlə paylaşmağı çox istəyirəm. Artıq dəfələrlə şəhərimizdə restoranlarda, brend kafelərdə,  tanınmış kofe məkanlarında siqaret çəkən qadınlar ciddi şəkildə artış göstərirlər. Halbuki, əvvəllər onları biz sadəcə barlarda, gecə klublarında görə bilərdik. Ancaq bugün bütün şəhərin istənilən məkanlarında, hətta küçələrdə belə siqaret çəkən qadınlar az deyil. Adamın gözünü deşir. Mən burda siqaret çəkən qadınların hansı zərərlərlə üz üzə qalacağını və ya qaldığını yazmayacam. Gərək yoxdur. Mənim toxunacağım nöqtələr, onların qeyri sağlam nəsil dünyaya gətirəcəyi, bununla yanaşı  məni övladlarımıza pis nümunə göstərəcəkləri daha çox narahat edir. Ehtimal onkoloji ...

Tikinti şirkətlərini Veysbaba ziyarətgahı ilə nə birləşdirir!?

Image
Ölkədə devalvasiyadan nəsibini almış sektorlardan biri də tikinti sektorudur. Mənzil tikinti şirkətləridir. Sayları da az deyil ha. Kifayət qədər var. Hazır əllərində olan mənzillər, yarı qalmış proyektlər, nəzərdə tutulan proyektlər və sair və ilaxır müştərilərini və ya potensial müştərilərini gözləyirlər. Amma satışlar çox aşağıdır. Yetərli deyil. Səbəbinə gəlincə, məlumdur ki, ölkə insanının xarici valyutanın bir enməsi bir qalxmasına görə, doymuş bazar payına görə, yetərli pul kütləsinə sahib olmamasına görə, bilməm bir çox səbəblərə görə . Amma bunun yanında bir çox ümid var. Burda bir saniyə duraq və təkrar gözdən keçirək(TGK). Xaricdə yaşayan azərbaycanlılara, Türk cumhuriyyətlərinə, İslam ölkələrinə, Ərəb ölkələrinə, Xarici ölkələrin vətəndaşlarına nə üçün uyğun satış proqramları hazırlanıb da satışa çıxarılmır bu mənzillər!? Başlıyaq elə bu İslam oyunlarının yeni bitdiyi vaxtı İslam Əməkdaşlıq Təşkilatından. Toplam 57 üzvü var. Bunların da 1 mld 590 milyon əhalisi var. İ...

Azərbaycanımız 1-ci yerdədir!Bir göz qırpımında bizi tərk etdilər...

Image
Türkiyədə ən çox yatırım edən ölkələrin siyahısına baxınca təəccüblənməmək əldə deyil. 2010-2016-cı illər ərzində ilk 20 ölkənin yatırım miqdarı gözdən keçirilib. Ölkəmiz 12-ci yerdə təmərküzləşib. Sual olunur hanı bunun 1-ci yeri? 2017-ci ilin Yanvar-Fevral ayları üzrə, sadəcə bu 2 ayda 129 milyon dollar Türkiyə Cümhuriyyətində bu yatırımı etmişik. Bu 20 ölkənin 19-unu bu 2 ayın göstəricisinə görə geridə buraxmışıq. Mən bu yatırımın nələrə ayrıldığını bilmirəm. Ancaq digər ölkələrlə müqayisədə irəli olduğumuza görə təəssüflənirəm. Səudiyyə Ərəbistan krallığı bu 2 ayda 0 sərmayə, BƏƏ sadəcə 6 mln pul yatırdığı halda biz 129 mln dollar yatırmışıq. Digər informasiya resurslarından məlumat əldə edirəm ki, "Belorusskiy"mağazalar şəbəkəsi Azərbaycanda getdikcə mağaza sayını artırmaq istəyir və artıq 4 mağazaları fəaliyyət göstərir. Süd məhsulları, ət məhsulları, çörək məhsulları , bizdə bu sadaladığımız bütün məhsullar var. Hətta məhz slavyan köklü deyirsinizsə İvanovka brendi...

"Just do it" by Nike: Bu Sloqandır yoxsa Tagline? Brend Mantrası!

Image
Yeni rastlaşdığım bir məqalədə bir çox sloqanların əslində tagline ilə qarışdırıldığı haqda məlumat verilmiş və brend ilə bağlı bir çox yeni qavramların gətirildiyi göz önünə sərilmişdir. Nike’a aid “Just do it” və “McDonalds”ın “İ love it” kimi ifadələri əslində sloqan deyil, tagline’dır.Tagline( spotline ) tərcüməmizdə etiket cizgisi və ya etiket xətti kimi tərcümə etmək olar. Adidas’a aid olan “Nothing is impossible” bir sloqandırsa “Forever Sport” isə artıq taglinedır. Ritz Carltona aid olan “Ladies&Gentlemen Serving Ladies&Gentlemen” ya da ki, BMW dediyimizdə ağla gələn “Ultimate Driving Machine” ifadələri isə nə sloqandır nə də ki tagline. Bu adları çəkilən hər iki nümunə brend mantrasıdır. İlk başda Brend kimliyini ələ almış olarsaq, brendləşmə mərhələsində yaradılması gərəkən bir qavramdır. Beləliklə, brend kimliyi brend strategiyasını yaratmağa və ya sürdürməyə çalışdığı birləşmələr(əlaqələr) bütünüdür. Brend kimliyi, brendin özəl və bənsərsiz olduğunu vurğulama...

Soxulcandan sərvət qazanmaq ağlınıza heç gəlib?

Image
200 min soxulcanla qatı və maye şəklində 3 ton orqanik kübrə istehsal etdiyini bildirən Yusuf General, 1 il içərisində sayısı 2 milyona çatacaq böyük bir təsisata sahib olacağını bildirir. Orqanik məhsul da məhz üzvü kübrələrdən əmələ gəlir. Orqanik kübrənin önəmi qonşu Türkiyədə yeni yeni bilinməkdədir. Bizdə səhv etmirəmsə artıq başlanıbdır. Bununla bağlı Bərdədə sahibkara kredit verildiyini demişdilər mənə. Bir çox ölkələrdə bağçılıq və meyvə-tərəvəz işində fermerlər kimyəvi tərkibli kübrə yerinə artıq orqanik kübrə verməyə başladılar. Orqanik kübrə dediyimizdə ilk ağla gələn kübrə isə soxulcan kübrəsidir. Növü, Qırmızı Kaliforniya soxulcanın(Red California Worm) istehsal etdiyi orqanik kübrənin, normal kübrəylə müqayisədə yüzdə 40% ilə 60% arasında daha çox məhsuldarlıq verdiyi isbatlanmışdır. Yusuf General onu da bildirir ki, soxulcanlar qısa zamanda artan heyvan növüdür. Belə ki, 200 min ilə başlayan Yusuf, 1 ildə bunun sayının 2 mlna çatacağını bildirir. Soxulcanların bəslənd...

Fluoridli diş pastası öldürür!Sosyal reklama ehtiyac...

Image
Dünyada yetəri qədər insan Fluoride haqqında məlumatlıdır. Ölkəmizdə əminəm ki, müəyyən qrup insanların da bu nəsnə haqqında bilgiləri var. Ancaq, ona da əminəm ki, çoxlarımız məlumatlı deyilik. Nə mənədir bu Fluoride? Fluoride, bir çox məhsulların, diş pastalarının, deterjanların, uşaq yeməkləri, suplar,içdiyimiz suların və s.  tərkibində bir miqdar mövcud olur. Bu miqdar ya az ya çox bütün insanların sağlamlığına ziyandır. Ziyanı nədir desək, əsasən xərçəng xəstəliyinə səbəb olur. Eyni zamanda elm adamları sakitləşdirici təsiri səbəbiylə də insanları passivləşdirib düşüncə duyğularını yox edən natrium floriddən uzaq durulmasını ciddiliklə tövsiyə edirlər. Ancaq mən bugün ağzımızdakı dişlərə qədər rahatlıqla yol tapan fluoridin zərərlərini anlatmaq istəyirəm.Onun üçün bu məqaləmdə məhz diş pastalarını ələ almaq istərdim. Florid mübahisəli bir maddədir. Aşağı dozalarda diş çürümələrinə maneə törətdiyi üçün əvvəllər sərbəst bir şəkildə diş pastalarına, hətta bəzi ölkələ...