Posts

Seyfəli plovu niyə tanınmır?!

Image
Yer Istanbul, S əmt Beyoğlu, Məkan Trabzon Kalkanoğlu Pilavcısı, Təyinat : Restoran Menüdə sadəcə 3 başlıq atılıb Plov, Fasulye,Kərə yağında qovrulmuş ət... Dada gəlincə, şəhanə sadəcə şəhanə. Müştərilərə gəlincə illərin, ayların, günlərin toplanmış köklü ziyarətçiləri... Yer Şəmkir, kənd Seyfəli, Məkan deyil də məkanlar sadəcə kənd evləri, Təyinat: Xəyal Kafesi... Evdə sadəcə evdə dadacağınız Seyfəli plovu. Mövzuya gəlincə, Yerli təamların niyə brendləşməməsidir? Öncə brendinq nədir deyə sorğulasaq, Brendinq, kimlikdir, biznes kimliyidir. Nələr brendinq ola bilər ? Məhsullar, şəxslər və dəyərlər. Məqsəd nədir brendinqdə? Müştəriyə daha asan satış edə bilmək və də müqayisəli üstünlüyün şəffaflıqla üzə çıxması… Məhsulumuz, restoranda satışda olacaq plovdur. Amma plov ümumi isimdir. Plov sadəcə düyü və aş qarasını özündə ehtiva edir. Bizim xüsusiləşdirmək istədiyimiz isə Seyfəli plovudur. Bu bir özbək aşı və ya tacik, nədəki döşəməli, biriləri üçün də sevil...

Strateji Marketinq!

Strateji Marketinq, rəqiblərindən üstünlüyünü gözlər önünə sərməklə tam fərqlənmək, həmçinin sabit şəkildə daha yararlı müştərilər üçün dəyər yaradıb onu mühafizə etmək və böyütməkdir.Strateji marketerlərin əsas hədəfi, hədəflənmiş bazarın qarşısında rəqiblərlə müqayisədə pozitiv üstünlüyü təmin etmək və maksimuma çatdırmaqdır. 3 açar sualda biz strateji marketinqi kəşf etmiş olarıq: 1. harada 2.necə 3.nə vaxt Bu da təəcüblü deyil ki, hər bir menecmentin strateji və operational(əməliyyat) komponentləri var.Operational Marketinq yəni Marketinq Menecment, marketinq miksi inkişaf etdirərək, qarşıya qoyulmuş biznes məqsədləri gerçəkləşdirməyi hədəfləyir, ötə yandan Strateji Marketinq isə biznes nədir bugün və nəyə çevrilməlidir, rəqibləri məhv edib üstün dəyər yaratmaq üçün. Strateji Marketinqin rolunu biçimləsək, qərara gəlir ki, 1.Harada rəqabət aparacağıq 2. Necə rəqabət aparacağıq 3. Nə vaxt rəqabət aparacağıq Bu 3 sual cavablansa, o zaman  Marketinq Planlamasından sö...

Buridan-ın eşşəyi;CEO-nun qərarsızlığı;Zamanın intiqamı

Image
Jan Buridan deyə bir fransız 1300- lü illərdə yaşamış və bugünə qədər də adını duyuran bir rahibdir. Bu zat fəlsəfə deməmiş, teoloji deməmiş, bir də üzərinə fizika ilə başını yormuş. İmpetus kəliməsini də ilk işlədən, Nyutona da bununla müəyyən dəstək olan Buridan, əslində free will(azad iradə) mövzusunda fikirləri ilə irəli getmişdir. Belə ki, 2 eyni ölçüdə və eyni məsafədə  bir eşşəyin qarşısına qoyulan saman tayaları qarşısında qərarsızlıqdan ölmüşdür. Bununla da Buridanın eşşəyi tarix oldu. Bugün sözün əsl mənasında problem yaşanır. Bu problemin adı qərarsızlıqdır. Böyüklər qərar verə bilmirlər. Xatırlarsanız Qasımla Solmazın dialoqunu, Kişi Sözü filmindən. Xatırlamıyanlar izləsin:  https://www.youtube.com/watch?v=4VGvJlOfrsw Deməli Qasımın son qərar verməsi və ortadan qərarsızlığı qaldırması heç unutulmaması nümunələrdəndir. Bizim böyüklər ki, bu filmi izləyiblər. İzləməyiblərsə ayıb, bizdə vur tut 102 film(2001 statiği) var. Tamam, razılaşaq, bu böyüklərin də  tə...

BCG Matrix

Image
Donovanın Atlantis mahnısını dinləyə dinləyə bu dəfəki yazıma start verirəm. Mövzu BCG Matrix olacaq. Həqiqətən yadımdan çıxmışdı. Başlayaq. Şirkət yönəticiləri, birdən çox fəaliyyət sahəsində ya da fərqli məhsul portfoylları ilə əlaqəli stratejilərini necə təyin etməlidirlər. BCG Matrix məhz portfoyl analizidir.Matrix 4 yerə bölünmüşdür 1.Stars(Ulduzlar) 2.Question Marks(Sual İşarələri) 3.Cash Cows(Nəgd İnəklər) 4.Dogs(İtlər) Ulduzlarda yer alan məhsullar, Şirkətin böyüyən bazarda yüksək bazar paylarının olduğu məhsullardır. İntelin micro məhsulları bu kateqoriyada nümunələndirilə bilər.LCD TV-lərdə ciddi bazar payına sahib firmalar məhsullarını bu kateqoriyada mövqeləndirilə bilərlər. Ulduz kateqoriyasındakı məhsullar böyümələrini dəstəkləmək üçün çox böyük maliyyətlər özlərində ehtiva edirlər və eyni zamanda yaxşı da gəlir gətirirlər. Sual işarəsində yer alan məhsullar, böyük bazarı olan ancaq şirkətin daha kiçik bazar payına sahib olduğu məhsullardır. Bu mövqedə qalma...

Imprinting Olayı;Qazların Sadiqliyi

Deməli, dünən oxuduğum kitabda, İmprinting nəzəriyyəsi ilə rastlaşdım. Təbii ki, kitabda az da olsa açıqlamasi olsa belə, internetdə surf etdim. Konrad Lorenzin adına bağlı bu nəzəriyyə gerçəktə həyata keçirilmiş bir experimentdən süzülüb ortaya çıxmışdır. Qaz yumurtaları, bir neçəsi ana qazın altına, digər yumurtalar isə inkibatora qoyulur. Ana qazın yumurtalarından çıxan bala qazlar həmən ana qazın arxasına keçirlər və onu izləyirlər. İnkibatordan çıxan bala qazlar isə birbaş Lorenzin yanına gedirlər. Sual oluna bilər niyə, çünki yenicə doğulmuş bala qaz hərəkət edən hər hansı bir nəsnəni özünə ana bilir. Düşünün həyata keçirilən experimentdə bala qazlar Lorenzi heç tək buraxmırlar. Lorenz hara, bala qazlar ora... Experimentin bir neçə günlüyündə bütün bala qazlar qarışdırılır. Eyni zamanda ana qaz bir köşəyə, Lorenz isə bir köşəyə çəkilir. Bala qazlar arasında inkibatordan çıxan qazlar Lorenzə doğru, ana qazın yumurtalarından çıxan qazlar isə birbaşa ana qazın yanına gedirlər. A...

PR-ın dərdi və dəvası!!!

Son yazısında Ali Saydamın karamsar yəni bədbin PR düşüncələri gerçəktə yoldaşı Arın Saydamın yenilikdə çapa çıxacağı Sürdürüləbilir İletişim kitabı üçün olan materiallardan doğan nəticəli fikirlərdir. Razı olmamaq mümkünsüzdür. Demək olar ki, paralel axın kimi səsləndirmək olar ölkəmiz qarışıq. Amma bu o paraleldən deyil. Ali bəy deyir ki, - Strateji planlamanın inkişaf etdirilməsi üçün iletişim, yəni komunikasiya önəmlidir. Bəli hələ də yetərsizlik çoxdur. Belə ki, Nümunələnən Strateji planların kopyası və az əlavələri ilə Top Managementə təqdimatı ilə bitir. Əsas olan Bottom Up yanaşması unudulur. İMC də həmçinin unudulur. -Yönətim, hüquq və finans müşavirlərinin PR-a müdaxiləsi və nəticədə PR-ın güvənilirliyinin sarsılmasına səbəb ol(muş) (ol)ur. Təbii ki, yönləndirici, göstərici və manupilativ addımlarıyla adı çəkilən məsul vəzifəlilər PR-ın şəffaflığına imkan vermir. -Hələ də PR-ın Etibar Yönətimindən ziyadə Göz Boyama Sənəti kimi dərk edilməsi ciddi problemdir. Buna bariz n...

RFM; Müştərinin Kim olduğunu bilmək istəyirsən?

RFM, müştəri dəyərinin analizi metodur. Həm database marketing , həm də direct marketing-də çox istifadə olunur. Retail və xidmət sferasında bu metod analiz üçün ayrıcalıq daşıyır. RFM-in açıqlaması Recency-Təzəliklə- Müştəri ən son nə zaman  məhsul satın alıb Frequency- Tezlik- Hansı sıxlıqda müştəri məhsul satın alır Monetary Value-Pul dəyəri- Nə qədər müştəri pul xərcləyir məhsula Bunu rəqəmlərlə dah da aydınlaşdıra bilərik Recency-10- Müştərinin ən son nə zaman alış etdiyi zamandan 10 ayın artıq keçməsi Frequency-10-Son 12 ayın alış edilmə sayı müştəri tərəfindən Monetary Value-Müştəri tərəfindən ən yüksək sifarişin dəyəri Recency Attribute-dan başlasaq, müştərini 3 kateqoriyaya bölsək Müştəri Satın Alma sayı ilə son 90 gün Müştəri Satın Alma sayı ilə son 91 gün 365 gün Müştəri Satın Alma sayı ilə 365 gündən artıq Daha sonra bu qruplara puanlar verilir. 90 gündən az alış veriş edən müştərilər ən dəyərli müştərilərdir. Bu qrupa 3 puan verək. 90-365 günə isə 2 , ...