Posts

Adını sən qoy!

Image
8 mart açıqcası dəstəkləmədiyim bayramlardan biridir. Amma olsun deyənlərdən biriyəm, ən azından o gün evdə oluram. Dərdim bu deyil, indi yazacağım başqa bir məsələdir. Təklifim var, çox da sadədir. Hər ayın elə 8 günü qadınlar günü hesab edilsin. Bunu işə getməmək üçün demirəm haaa... Bunu qadınların əsas hədəf kütləsi olan şirkətlərə bir ideya kimi verim. Doğrusu qalıcı və yararlanacaq az sayılı günlər var ki, müştəriləri yada salasan səbəbli şəkildə. Qoy hər ayın 8-i bir səbəb olsun. Təsəvvür edin, bunu xanımlara şamil edirəm, şəhər mərkəzində gəzintiyə çixan ya işə gedən və ya gələn piyada olan xanımlara yaxınlaşıb bir dənə qırmızı parlaq güllə təbrik edirsiz. Ey şirkətlər, niyə durursuz, çox az gəlirlə bunu ki edə bilərsiz. Kiçik bir əlavəm, gülü verəcək şəxslər sadəcə uşaqlar olsun.5-10 yaş arası. Qarşı tərəfin yəni xanımların həmən qəbul edəcəyi bır durum olsun, hər hansı streotip, prejudice(önhöküm) noise(gürültü) yaratmasın. Bir əlavəm də, bunu edəcək şirkətimizin ...

Ilk Flash Sale təklifimiz Fresco marketinə!

Deal of the delay ya da flash sales dediyimiz, bu ingiliscə olan söz birləşmələri elə marketingdə bir məna ifadə edir.   Bunu ana dilimizə tərcümə edəndə işıltılı satış deyə düşünürəm. Tərcümə məsələsində təkliflərə hazıram. Sual olunsa bu işıltılı satış nə mənədir cavab çox sadədir. Böyük endirimlərin zamanla qısırlı olan təklifləri işıltılı satış deməkdir. Mantrası da budur ki, əlində olan malların satışının müddətli şəkildə təklifi. Son illərin əsasən 2011-ci ildən satış trendlərindən biri işıltılı satış öz effektini verməkdədir. Artıq pərakəndə sektorunda önəmli ölçüdə payını artıran marketlərə biz ilk dəfə bunu təklif etməyi düşünürük. Mobil Marketing təmsilcisi olduğumuz bu bazarda Flash Sales necə işə yarayacağını xırdalayacağıq. Bu satış növü əsl win-win situation nümunəsidir.burada market də qazanır,burada nihai müştəri də qazanır.Flash sales üçün aşağıdakı hallar münbit şərait yaradır Ekonomik düşüncə Endirim axını Mövsüm bitişi qazanclar Faydalı qiymətə ...

Scabal,bir kəliməylə,İndividual!

Bir dostumuzun telefon zəngiylə yeni tanımış olduğumuz müştərimizin tekstil sahəsindən gəlməsi məni sevindirdi, çünki elə SMS Marketing tam da textile şirkətlərinin promotion tool olaraq istifadə etməsi gərəkən ən doğru mobil reklam vasitəsidir. Məlum zəngdən o da məlum oldu ki, mağazanın adı SCABAL-dır. Bu adı ilk duyğumda ağlımda heç bir çağrışım olmadı. Nə kişi paltarı nə qadın paltarı nə də uşaq paltarı. Sıfır, bildiyiniz sıfır assosasiya. Mağaza getdikdən sonra və müdüriyyətlə ilk təmasım və sonradan axan dəqiqələrdə etdiyimiz söhbətdən həm SCABAL brendini həm də müdüriyyətlə(Hikmət Bəylə) yaxından tanış oldum. 1973-də ilk atelyesinə İngiltərə,Yorkshire-də sahib olan SCABAL, əslində həmin atelye 1899-cu ildən fəaliyyətdə olub.Colne çayının da saf suyundan fabrikdə istifadə olunması da bir əfsanədir əslində. İstifadə olunan Passion for Cloth  elə dərzilərin işə necə münasibətindən xəbər verir. Sifariş və hazır geyim şəklində təqdim edilən geyimlər 35 yaş və üstü olan ki...

Aldanıb da aldatmayın, o zaman aldanmayın...

Image
Hesab edin ki, Economist.com web səhifəsindən qarşınıza çıxan abunəlik cədvəlindən sadəcə 3 qiymət önünüzdədir: 1. web abunəlik sadəcə 59 dollar 2.print şəklində abunəlik 125 dollar 3.web+print şəklində sadəcə 125 dollar Aaaa, deyib şaşı gözlərinizlə dönə dönə rəqəmlərin eyniliyini dəqiqləşdirməyə çalışsanız da, bəli, siz elə başdan düz görübsüz. Buna marketingdə decoy effect deyilir ki, 2 seçimin yanına bir qabırğa seçim daha qoyulur. Hansi ki, əlavə olunan bu 3-cü seçim o iki seçimdən birinin seçimini gücləndirsin. Ya da əlavə olunmuş şəkildən İPod Touch nümunəsi apaçıq ortada Ya başqa bir misal, mağazaya daxil olan müştərini dinlədikdən sonra, nə istədiyini bilib, ona məhsul təqdim edirsiniz və bilirsiniz onu almayacaq və qiymətini də baha deyirsiz, nəticə məlum, daha sonra ona ikinci məhsulu göstərirsiz, qiyməti aşağı deyirsiz, və əminsiniz bunun keyfiyyətsiz olduğunu düşünüb də sizdən almayacaq. Əla! Və ən sonda, orta qiymətə və yetəri keyfiyyətli 3-cü məhsulu təqdim ed...

Qırğız alaçığı,Ying Yang tərzi, Evini partladan Tyler Durden

Image
Əgər inşaat sektorunda niş marketingi ələ alsaq burda əsaslı şəkildə şirkət olaraq özünü başdan aşağı gözdən keçirməlisən... Şirkət nələrə sahibdir vəya ehtiyaclara görə nələrə sahib olmalıdır... Şirkət hədəf kütləsində o gizli qrupu o seqmenti aşkarlamalıdır... Aşkarladımı, nə gözəl,sayını dəqiqləşdir, pul kisəsinin yoğunluğunu da ehtimal elə, əlləri sıva işə... Vacib olan da elə budur da, sənin istəyini vəya istəklərini edirəm, no problem, pulun var?! Əgər bir müştəridirsə, mikronize marketingdir bu, istər evinin içini istər çölünü istər həyətini O"na özəl edirsən və başqa heçkimə etmirsən... Yox səndə təxmini 14-20 müştəri varsa ən gözəli də budur, eyni yaratdığın paketi bunlara şamil edirsən... Gözəl tərəfi də, qazanc çoxdur... Müştəriylə işi bitirdik,keçək müştəriyə nə təqdim edəcəyimizə. Variantları bir bir ortaya çəkək... Müştəriyə sadəcə və sadəcə sizə bu interyeri edəcəyik adı Qaşqay interyeridir. Yəni ki, heçkimin təklif etmədiyi və heçkimin edə bilməyəcəyi e...

Niş Marketingi inşaatda tətbiqə cəhd

Image
Niş Marketing(NM) bənzər qrupların kütlə içindən ayırılaraq gizli vəya hamıya məlum olmayan bir və ya bir neçə ehtiyacının aşkarlanması və qarşılanmasıdır. Niş Bazar isə özündə ehtiyacları ödənməyən küçük bir müştəri qrubunun tələblərini daha yaxşı qarşılamaq üçün dar bir bazardır.NM-də hərkəsin biraz sevdiyi mal və xidmətlərə yer yoxdur, birkəs vəya birkəslərin çox sevdiyi mal və xidmətlərə yer var. Burdan yola çıxsaq NM hərkəsi məmnun etmir, birkəs vəya birkəsləri çox məmnun edir. NM boşluqları doldurur, tapdığı boşluq əslində heç kimin ağlına da gəlmir, sən o boşluğu tapdığın andan sən onu dəyərləndirib bazara çevirirsən. Tumturş olan alçanın duza batırılandan sonra yeyiləndə alınan həzz nədirsə, NM-də gördüyü işə istənilən qiyməti qoyur və də paşa paşa alır. NM-in tətbiqi aşağıdakı şərtlər olsa nə əla Tələb yetərli olmalıdır Qazanc olmalıdır Bazar bölümləri potansiyal böyüməlidir Rəqiblər tərəfindən aşkar edilməyən bazarlar olmalı Management ortaya çıxacaq olan...

Publicity PRa Ç(q)arşı, Et tu, Brute?

  Bugünki mövzunu Publicity ilə PR-ın əsas fərqlərinə ayıracam... Publicity-xəbər dəyəri daşıyan məlumatın dərc edilərək ictimainin diqqət və dəstəyini əldə etmək. PR-hər hansı şəxs,firma və institusiya haqqında hədəflənmiş bəlli bir fikir və anlayışı ictimaiyə inandırmaqdır. PR-ı düşününcə avtomatik olaraq ağla publicity gəlir. Hər ikisi yetərincə mənaca qarışdırıla bilər, xüsusilə də yenilər üçün. Əldən ələ dəyişən bu kəlimələrin bir birindən əsas fərqləri nələrdir PR strateji yönlü komunikasiya disiplinasıdır ki, məqsəd etibar və ya inamın idarə edilməsi fikrinə cəmlənməkdir. Publicity isə görünürlüyə nail olma prosesidir. Publicity məqsəd olaraq səni məlumatlandırmaq,səndə özündə hər hansı qeyd aparmaq və ya məlumatı qəzetin ön səhifəsinə daşımaqdırsa, PR bütövlükdə bu proseslərin hər addımını izləmək və idarə etməkdir. Məşhur deyimi elə ingiliscə də yazıram sizin üçün... There’s an old adage in public relations: all PR people can do publicity, and no publi c...