Posts

10 dahiyanə fikir!

 1. Yalnızlığa daha çox zaman ayırın. Xüsusilə də gənclər. A.Tarkovskinin ən bəyəndiyim sözlərindəndir. 2. Əsəb- bir başqasının davranışına görə sizin özünüzə verdiyiniz duyğusal cəzadır. 3. Bütün insanlarla tanışmağınızın bir səbəbi vardır, ya onlar sizin həyatınızı dəyişdirəcək, ya siz onların həyatını. 4. Gözəl ola bilərsən, gözəl geyinə bilərsən. Bütün bunların qarşındakı insana təsiri yalnız 5 dəqiqədir. Sonra sadəcə geriyə danışmaqdır. Sənin danışığına fikir verirlər. 5. Ağrının mükafatı təcrübədir. 6. Hədəfə gedən yolda hər şey qəbul olunandır. Makiavellinin məşhur Hökmdar əsərindən. 7. Jim Carrynin Liar Liar filmindən anladığım bir də odur ki, bizi başarılı edən əsas səbəblərdən biri keyfiyyətli yalan danışa bilməyimizdir. 8. Zənginlik rəqəmlərlə ölçülməməlidir, zənginlik istəmədiyin şeyləri etməyəcək qədər özgürsən deməkdir. 9. The Menu filmindən alıntı,  istədiyinizdən daha az və layiq olduğunuzdan çox yeyəcəksiniz. 10. Kelli Makqoniqal deyir ki, beyinin böyük yalanı...

Ana dilimizdən incilər-1

 Sizlərlə bugün Ağdaş rayonu Yuxarı Ləki kəndində yaşayan, uzun illər həmin kəndin məktəbində müəllimə işləmiş Eminə Hacıyevanın dilimizdə unudulmuş və işlənməyən sözlərin yenidən işlənməsi üçün bildiyi kəlimələri sizlərə təqdim edirəm: 1. Gülrux, mənaca gül üzlü deməkdir.  2. Yelpənək, 2 mənası var ki, bir mənası xiyar(salatlıq), digəri isə isti havalarda özünü sərinlətmək üçün vasitə. Farsca, çərpalaq deyikir, 4-cü çıxan zoğ.  3. Cütçü- əkinçi, cütlə yeri şumlayan. 4. Məsud- xoşbəxt, bəxtiyar. Himnimizdə də var. Məsud yaşa.  5. Müştaq- arzusunda olma, candan istəmə.  6. Binə- yurd, köç, kökdən. Binədən(əzəldən) gözəlsən. 7. Qəndil- asma lampa. Beşçıraqlı qəndil. 8. Külfət- ailə. Bu külfətdə 2 uşaq var. 9. Ülfət- dostluq, yaxınlıq.  10. Dilək- istək. Allahdan diləmək. Və ya diləyin nədir?

Milton dili, az çoxa təsir edir!

Image
 Milton Erikson, bu adı 2009-cu ildə NLP təlimlərində eşitsəmdə, ancaq heç də bugünki diqqəti verməmişdim. Ta ki, bizim Elçin abimiz bunu yenidən oxumağı və araşdırmağı önərənə qədər. Dostlar, 79 il yaşayıb və hipnozun atası olmasa da, bu işdə çox irəlidədir. Hipnozun atası isə Ediburqda təhsil almış James Braiddir. Adam Smith kimi o da Edinburqla əlaqəli üləmalardan birdir. Milton Erikson bugünki yazımda daha çox Milton modeli və ya Milton dili ilə bağlı hipnoz üsulu ilə hüzurumuzda olacaq. Nədir Milton modeli? Milton tərəfindən inkişaf etdirilmiş bir modelləşdirilmiş dil qəlibidir.  Milton Modeli (Hipnotik dil), hər sözün, cümlənin və qrammatik quruluşun nevrologiya ilə əlaqəli olduğunu kəşf edən Erickson, bilinçaltına birbaşa müraciət edən unikal bir dil inkişaf etdirdi. Bu şəkildə danışdıqda insanla çox daha dərin ünsiyyət qura və nəticəni çox daha tez ala bilir. Təxminən 20 unikal qrammatik quruluşdan ibarət olan bu dilə yiyələndikdən sonra insanları sadəcə danışmaqla tra...

XIV Lüdovik OL!

Image
XIV Lüdovik (fr. Louis XIV de France) Fransada taxta çıxanda 4 yaş 8 aylığında idi. Amma 72 il hakimiyyətdə kral olmuşdur. Tam 72 il. Günəş kral deyə adlandırılır. Hakimiyyət dövrü uzun və keşməkeşli olsa da tarixə adını bir çox fəzilətlərlə yazdıra bilmişdir. Niyə bu zatı mən mövzu edirəm, bunu açacam sizlərə. Məsələ odur ki, Louis hər zaman bir xüsusiyyətilə seçilib. Haşiyə çıxım, Louis sözünün mənası məşhur döyüşçü və qənimət gətirən deməkdir. Lüdovik, danışan adam deyildi. Baxmayaraq ki, gənclik illərində o gözəl nitqindən həzz alardı. Sonradan heç kəsə tarazlıqdan çıxarmasına şərait yaratmamaq üçün, SUSQUN olmağı öyrəndi. Heç kəs öz mövqeyini dəqiqliklə bilmirdi, heç kəs Lüdovikin reaksiyasının nə olacağını öncədən müəyyən edə bilmirdi. İndi bəziləri deyər ki, 40 yaşına gələndə artıq onun heç bir dişi qalmamışdı. Ola bilər. Kompleks etsin bunu özünə, amma unutmayın o bir kral idi. Doğulanda zatən 2 dişlə doğulmuşdu.  Dinməz qalan kralın hüzurunda uzun uzadı danışmağa  məc...

Sakit Səmədovla 26 başlıq-2 hissə!

Image
Sonuncu podkastımızda Sakit müəllimin çıxışlarından alıntılar elədim. Sizlərlə də bölüşməyi özümə borc bildim.  Əlavətən də,  podkastın youtube kanal linkini aşağıdan əldə edə bilərsiniz. 2 Zaurla + - un ikinci yayımının qonağı olaraq Sakit Səmədov: 3S söhbəti, iş həyatı və təcrübələri Buyurun, 26 başlıqda toparlamağa çalışdım. 1. Dərd insanı böyüdür. 2. Başqasının sevincinə sevinməyən bomboş adamdır 3. Ətrafında boşluqları dolduracaq adam(lar) olmalıdır. 4. Sistem əxlaqlı olsun, şəxs əxlaqlı olmaya bilər. 5. Məlumatın şəffaflığı çox önəmlidir. 6. Təqibdə- sıralama çox önəmlidir. 7. Mövcudiyyət və təqib- uzun ömürlüyü bildirir. 8. Yarımçılıq- yarım buraxılan iş, insana yük olaraq qalır. 9. Yatırımlar "tırkadan" gəlir, sözlə yox. 10. Sözlə coşan, sözlə də yatır. 11. Tosuncuklar olub, var, olacaqdır. 12. Ümidsizlikdə ümid axtarılır. 13. Hesabat şərtdir. 14. Savaşmaq yox, sülh. 15. Comərdlik gözəl duyğudur. 16. Onlayn rejimdə reaksiya ölçülmür. 17. Paranoyak yaşamaq bəladır. 18....

Ashley Madison- qadağaları da bazarlamaq!

Image
 2002-ci ildə Kanada da yaranan bu veb səhifə bir datinq səhifəsidir və düşünün ki, sadəcə bir qadağa üzərindən xidmət göstərir və bu da onun əsas digər datinq səhifələrindən əsas fərqləndirir. Qadağa nədir desək? Sadəcə evli insanlara xidmət göstərməsindədir. Veb saytın şüarı "Həyat qısadır. Bir əlaqəniz olsun". Ashley Madison, "qırıq ürəklərin arxasında qurulmuş bir iş" olduğu və reklam üçün partizan marketinqindən istifadə etdiyi üçün tənqid edilmişdir. Şirkət 2015-ci ildə məlumatların pozulması və milyonlarla istifadəçinin şəxsi məlumatlarının ictimaiyyətə açıqlanması ilə məşhurlaşıb. Qanun pozuntusu həmçinin şirkətin “saxta hesablar yaratmaq və ya başqalarının saxta hesablar yaratmasına mane olmamaqla” istifadəçi bazasının ölçüsünü şişirtdiyini ortaya qoydu. Adı Şimali Amerikada iki məşhur qadın adından gəlir, "Ashley" və "Madison".  Ashley Madison Kanadada yerləşən üzvlük veb saytı və xidmətidir; onun üzvlüyünə 53 ölkədə 60 milyondan çox in...

Sonra...

Image
 Heç bir şeyi sonrasına buraxma... Sonra. İnsanlar sonra böyüyür... Sonra edərik deyirik... Sonra marağınızı itirərsiniz... Sonra fürsətlər əlinizdən çıxar... Sonra günorta gecəyə dönüşər... Sonra bir şey etmədiyiniz üçün peşman olarsınız... Sonra sözünün mənası bir işin, hadisənin baş verməsində zaman ardıcıllığı göstərən zaman zərfidir. Ana dilimizdə sonra sözünün kökü də maraqlıdır. Son kəliməsi sözün köküdür və görünən odur, son sözü də mənfi çalarlıdır. Əzizlərim, anlaşılan odur ki, sonra kəliməsi əslində mənfi nəticəli sözdür. Çalışaq, sonra kəliməsini sonraya saxlamayaq.

Honne və Tatemae(Öz və qeyri öz)

Image
 Honne və Tatemae yapon düşüncə fəlsəfəsində çox ciddi paya sahib qavramlardır. Gündəlik həyatda da izlərinə rast gələ bilirik. Honne, bir insanın həqiqi şəxsiyyətini, olduğu gibi ortaya qoyma durumudur. Tatemae isə bunun əksidir. Belə ki, yaponlar həqiqi kimliklərini, içlərindən gələn həqiqi hisslərini basdıraraq içində olduqları cəmiyyətə uyğun olaraq hərəkət edirlər. Bunu xüsusilə cəmiyyətin nizam və intizamının pozulmaması məqsədilə edirlər. Bu iki qavramın birbaşa konfisçilik dini ilə əlaqəsi var.  Yaponlar təməldə duyğularını qarşı tərəfə göstərməyən, duyğuları açıq sərgiləməyi iradəsizlik, gücsüzlük olaraq görən cəmiyyətdir. Qarşısındakı insanla münasibətini müəyyən bir dinclik və ahənk içərisində irəllətmək, qrup daxili nizamı pozmamaq üçün var gücüylə öz duyğularını heçə saymaq bir yapon üçün normallaşmış bir davranış biçimidir.  Başqasının içindən söyüş də keçərsə qarşısındakı insana mədəni və nəzakətli davranmağa çalışılır. Yaponların gülərüzlü olma səbəblərind...

Sharing Economy- Paylaşım iqtisadiyyatı!-2

Image
 Davam olaraq ikinci məqaləni də paylaşım iqtisadiyyatına həsr edirik   Paylaşım iqtisadiyyatı məntiqi ilə qurulan bizneslərin sayı son illərdə artmaqdadır. Bu model indi təkcə fərdlər arasında deyil (P2P | Peer to Peer), həm də bizneslər arasında (B2B | Biznesdən Biznesə) çox geniş yayılmışdır. Məsələn, indi frilanserlər, sahibkarlar və evdən işləyənlər üçün, xüsusən də böyük şəhərlərdə ortaq açıq iş yerləri təmin edən şirkətlər var. Məsələn, logistika xidmətləri göstərən bəzi şirkətlər avtomobillərindəki boş yerləri başqa şirkətlərə icarəyə verə bilərlər. Paylaşım iqtisadiyyatı belə gözəl bir şey olsa da, özü ilə bir çox riskləri və tənqidləri də gətirir. Bu təşəbbüslərin qismən və ya tamamilə qanundan asılı olmaması və rəqabətə zidd hərəkətlərlə məşğul ola bilməsi paylaşma iqtisadiyyatı üçün ən böyük təhlükələrdəndir. Bu, icarə xidmətləri təklif edən müəssisələr üçün daha da risklidir. Çünki bu xidmətlərlə bağlı qaydalar adətən mərkəzi və yerli hakimiyyət orqanları tərəfind...

Sharing Economy- Paylaşım iqtisadiyyatı!-1

Image
 Paylaşım iqtisadiyyatı- adından da göründüyü kimi paylaşmaq feli ilə birbaşa əlaqəlidir. Belə ki, sahibincə hər hansı bir dövr və zamanda ehtiyac duymadığı hər hansı bir əşyanı və ya obyekti bir başqa ehtiyacı olana ötürməsi və iqitdarına verməsidir. Bunu 3 otaqlı bir evinizin olduğunu düşünərək, 1 otağını müəyyən ödəniş əsasında bir başqa ehtiyacı olana devr etmək və ya kirayə vermək. Sahib olduğunuz bir ağır makinanı və ya avadanlığı ki, gündəlik istifadə olunmur, bir başqasına istifadəyə vermək. Və ya Airbnb kimi tam evi kiməsə günlük icarəyə vermək. Paylaşım iqtisadiyyatı, istehlakçıların malların və xidmətlərin yaradılması, istehsalı, bölüşdürülməsi, ticarəti və istehlakında iştirak etdiyi sosial-iqtisadi sistemdir. Bu sistemlər mal və xidmətlərdə artıq gücün paylanmasını, paylaşılmasını və təkrar istifadəsini asanlaşdırmaq üçün çox vaxt informasiya texnologiyalarından və İnternetdən, xüsusən də rəqəmsal platformalardan istifadə etməklə müxtəlif formalarda olur. Ya da bir tak...

Bilgi yükü- dövrün dediqoducuları, düşün də yaxamızdan!

Image
 Rayan Holideyin Stoikin gündəliyi kitabında 27 noyabr(Neqativ şeyləri görməzliyə vurmağın həzzi) başlığında bu cümlə diqqətimi çəkdi: Yaxşı ki, stoiklər müasir cəmiyyətə xas olan bilgi yükündən azad idilər. O vaxt nə sosial media, nə qəzet-jurnal, nə də televizor var idi... Lakin həmin dövrdə də intizamsız bir adam diqqətini yayındırıb qanını qaraldacaq şeylər tapa bilərdi.  Çox maraqlıdır. Uzun əsrlər öncə mövcud olan bu durum, yəni intizamsız adamlar, qiybətçilər, fürsətçilər və  də çıxarcılar, maraqlı Məlahətlər yenə də dövrümüzə hakimdirlər. Aydındır, maraq var. Səbəblər var. Travmalar var. Nə desən var. Onları əsla qınamıram. Ciddi səbəbləri var. Ancaq bu durumda əsas tərəflərdir. Yəni mövzunun cərəyan etdiyi iki tərəfdən söhbət gedilər bilər. Tərəflər mütləq hansı davranışı ortaya qoymalıdırlar? Ən çox məni üzən və elə qınadığım yer də burasıdır. Bil ki, əli dolu gəlib(elə belə gəlməyib) və əli boş da getmək istəmir. Zatən alacaq bir şeyləri planlaşdırıb.  Bu ...

Aokigahara- İntihar meşəsi!

Image
 Adını başlıqda oxudunuz. Bu meşə öz mənasında dəniz meşəsi adlansa da avropalılar buranı intihar meşəsi adlandırır. 2003-cü ildə 105 nəş tapılmışdır ki, bunu 2002-ci illə müqayisə etsək, 78 ədəd artıqlıq gözə çarpır. İntiharlar mart ayından başlayır ta fiskal ilin sonuna qədər davam edir. İntihar ya özünü asmaqla ya da yüksək dozlu narkotik qəbulu ilə gerçəkləşir. Ölü bədənləri ya polislər, ya jurnalistlər, ya da könüllülər tapır.  Meşənin populyarlığı Seichō Matsumoto-nun 1961-ci ildə yazdığı "Nami no Tō" (Dalğalar Qülləsi) romanı ilə əlaqələndirilir. Bununla belə, Aokigaharada intihar tarixi romanın nəşrindən əvvəl yaranır və bu yer çoxdan ölümlə əlaqələndirilir; ubasute on doqquzuncu əsrə qədər orada tətbiq edilmiş ola bilər və meşədə ölmək üçün qalanların yūrei tərəfindən təqib edildiyi deyilir. Yuxarıda oxuduğunuz ubasute sözü isə mənaca ( 姥捨て , "yaşlı qadını tərk etmək", həmçinin obasute və bəzən oyasute 親捨て "valideynini tərk etmək" adlanır) Yaponi...

Bir riyaziyyatçının qumar oynaması və sonu!

Image
Mənim bloqumu izləyənlər bilir. Film seyr etməyi və ordan maraqlı sitatları yazmaq artıq bir missiyalarımdan biridir. Bu arada bildirim ki, bir işgüzar görüşdə Qurban dostumuzun dostu Anar bu filmdən sitat gətirmişdi. Sitatı bəyəndim və budur izlədim. Sizlə də bəzilərini bölüşmək istəyirəm. Filmdə səsləndirilən bir neçə fikirlər:  1. Ortada durmaq çox güvənli. 2. O halda niyə hamımızdan yaxşısan? Sinif fərqi yox, pul yox, fürsət yox! 3. Dahilik sehrli bir şeydir, əllə tutulamaz. 4. Heç bir şeyi önəmsəmirsənsə, bunu niyə önəmsiyirsən! 5. Borc pul istəyirsənsə, mən adam deyiləm, de mənə! 6 -Mən intihara məna verə bilmirəm -Xoşbəxtsən ona görə! -Çox gözəl maşının var. Niyə belə ümidsizsən? -Bilirsən, niyə ümidsizəm? Çünki, bir sinif dolusu ümidsiz tələbəyə modern roman öyrədirəm. 7. Bütün danışdığın mövzularda gəldiyin nəticə budur, azadsan ya yox? Özünsən, ya deyilsən? 8. Burda bir şey var, amma nə olduğunu bilmirəm 9. Mütləq zəfər, ya ölüm! 10. Mən sərhədsizliyi istəyirəm!

Hikikomori-Sən dəyərsiz deyilsən!

Image
Hikikomori (Yaponca: ひきこもり və ya 引き篭り ) "içəri çəkilmə, özünü həbs etmiş olmaq" olan yapon bir söz. Şəxsi və ya sosial səbəbərdən cəmiyyətdən ayrı olan yeniyetmə və gənclərə aiddir Gənc və yeniyetmələrin sosial həyatdan uzaqlaşaraq özlərini təcrid etmələri, çox vaxt bu halda ifrat səviyyələrə çatmaları fenomenini təsvir edir. Bu insanlar həyatdan uzaqlaşır və əsas ehtiyaclar istisna olmaqla, bütün vaxtlarını otaqlarında keçirirlər. Hikikomori termini həm ümumilikdə bu sosial hadisədən danışarkən, həm də bu sosial qrupa aid olan şəxslərdən danışarkən istifadə olunur. Hikikomori keçmişə çəkilib, tənha və "müasir dövrün rahibləri" kimi təsvir edilib. Hikikomorilər valideynsiz yaşaya bilmirlər. Möhtacdırlar onlara. Valideynləri isə utanırlar bu övladlarından. Söhbət burda bəlli bir yaş qrupu və ya sosial çevrədən gedə bilməz. Kişilər daha çox sayca üstündür. Bu həyat tərzinin genişlənməsinə səbəblərdən biri də internet üzərindən istənilən şeyi çatdırılma ilə evinə gəti...

Johatsu-intihardansa, buxarlanmaq yaxşıdır!

Image
 Johatsu, yapon dilində buxarlaşma deməkdir. Bu kəlimə ölkədə qeyb olan, qəfləti yoxa çıxan insanlarla bağlı duruma verilən addır. Təxmini ildə 90000 yapon buxarlaşır. Evdən çıxır, bütün yaxın və tanıdıqlarını bir anda tərk edib yoxa çıxır. Borc, psixoloji problemlər, ev içi şiddət və sairə buna bənzər onlarla səbəblərə görə bu insanlar yox olmağı seçirlər. Bəzən də görünüşdə heç bir səbəb olmamış kimi də ortadan yox olurlar. Bu halda polis ortada sui qəsd, ölüm və intihar görmürsə, hadisənin arxası ilə getmir və işi rədd edir. Bu halda ailələr və yaxınlar itən şəxsin axtarışı və tapılması üçün dedektivə müraciət edir. Özəl dedektivə. Dedektivlərin ilk işi ucuz otel və hostellərdə axtarışa başlayırlar. Özəl dedektiv isə çox bahalı xidmətdir. Günü ən az 500 eurodur. Onu da bildirim ki, dedektiv üşün də məlumat toplamaq çox çətindir. Belə ki, nə mobil operatorlar nə bank qurumları heç bir məlumat bölüşmür dedektivlərlə.  Düşünün ata oğlunu uzun müddət görmür və oğlunun hesabında...

Pijamanı çox da ciddiyə alma!

Image
 Yaxınlara qarşıma çıxan reelslərin birində Didro effektini gördüm və çox da mənə manidar gəldi. Konsept elə keçən əsr Qrant Makkraken tərəfindən hazırlanıb 1988-ci ildə. Görünən odur ki, fransız fəlsəfəçi Denis Diderot ona çox təsir edib. Hadisənin özü onun bir hekayəsinə əsaslanır. . Fransız filosof yazır ki, bir gün ona bahalı pijama hədiyyə edirlər. Bu gözəl və bahalı pijamanı hədiyyə alandan sonra Didro ona uyğun gəlmədiyi, ona yaraşdırmadığı evindəki digər əşyaları da dəyişdirir və nəticədə bir vaxt sonra çox borclanır. Qrant Makkraken tərəfindən bu, bir alıcının yeni bir əşya alarkən bu əşyanın cazibəsinin təsiri ilə, bu əşyaya layiq görmədiyi köhnə əşyalarını dəyişdirib yeni əşyalar almasıdır. Yəni bir məhsul alarkən alıcı bu məhsulun səviyyəsinə uyğun digər məhsullar alır. McCracken-in istifadəsində Didro effekti "məhsul tamamlayıcıları" və ya "Didro məcmuələri"ndə obyektlər və istehlakçılar arasında qarşılıqlı əlaqənin nəticəsidir. Didro ansamblı mədəni c...

Bambuk, səbr və zamanın məhsuludur!

Image
  Biz kiçik dəyişikliklər edirik, amma nəticə heç vaxt tez gəlmir. Bu da çox vaxt ona gətirib çıxarır ki, başlanğıc rejimə gətirib çıxarır. Bambuk ağacı 5 ildə inkişafını göstərmir, 6 həftə ərzində 22 metr hündürlüyə gəlib çıxır. Düşünün, bu 5 il müddət ərzində dərinə kök salır. Görünməyənlər görünənə necə çalışır. Bir az da bambukdan danışsaq,  böyüməsi ilə çox qəribə olan bir  bitkidir : əvvəlcə toxum əkilir, sonra bu toxum sulanıb  gübrələnir . Birinci il toxumda heç bir dəyişiklik olmur.  Toxum  yenidən sulanıb gübrələnir. Bambuk toxumu ikinci il də boy atmır. Üçüncü və dördüncü illərdə də bambuk toxumu sulanır və gübrələnir. Fəqət inadkar toxum yenə boy atmır. Bu işdə təcrübəsi olan Çinlilər, böyük bir səbrlə beşinci ildə də toxuma su və gübrə verməyə davam edirlər. Və nəhayət beşinci ilin axırına yaxın bambuk toxumu yaşıllaşmağa başlayır və altı həftə kimi qısa bir müddətdə də bambukun boyu təxminən 27 metrə çatır. Oxuduğun hər kitab yeni baxış bucağı...

Eşitdiklərim, gördüklərim-2

Image
 Bugün bir neçə müşahidəmi və eşitdiklərimi sizlərlə bölüşmək xoş olar: 1. Dövlət qurumlarından birində çağrı mərkəzində işləyən əməkdaşa niyə cındır deyilsin ki? Məsələ odur ki, həmin qurumun yüksək çinli məmurları ilə görüşdən narazı çıxıb və orda cəsarəti çatıb haqqını tələb edə bilməyib və çağrı mərkəzində gücsüz əməkdaşa cındır deyib, real həyatda özünü yaxşı hiss etmək!? Dahası da odur əməkdaşın bir üstündəki adam adboy verən əməkdaşına buna görə irad verir. Bildirir ki, gərək məşğul düyməsi basmıyaydın. Sona qədər onun təhqirinə qulaq asardın. Dahası irəlidədir. Cındır sözünü deyən şəxs də üzünə odboy verən əməkdaşı da daha üst şöbə rəhbərliyinə şikayət edir. Nə oldu bizə? 2. Güvənmə, yanma bugün eşitdiyim sözlərdən biri oldu. 3. Şəxsi dünyagörüşünü və xarakterini işində əməkdaşa əks etdirməli deyilsən. Əgər sən birini bəyənmirsənsə, fərqli fikirlərinə görə, onu işdən çıxartmalı deyilsən! 4. Adamı aparırlar gətirmirlər, avtomobilin nömrəsinin aşağısında yazılan sözlərdir. Da...

Daşyonana bax!

Image
  Bu aralar uğurlu insanların müzakirələrində, çıxışlarında və müsahibələrində yalnız komanda sözünü eşidirəm. Onlar bunu artıq etiraf edirlər və dəfələrlə bildirirlər. Midas məhkəmələri artıq geridə qalıb. Nadancasına teamin önəmini dananlar və yanlış yönləndirmələr artıq geridə qalır. Demiyənlər də özü bilər. Komanda bir zaman sonra küsəcək ya da yarpaq tökümü kimi azalacaq. Olacaq sonda qədr ağacının kötüyü kimi. Gələk digər məsələlərə. Az sayda, amma həyati əhəmiyyətli müştərilərə sahib olma məsələsinə. Siz bu cür müştərilərə çıxış əldə etməkdə çətinlik çəkəcəksiniz, ancaq mümkündür. Onları az resurslarınızla diqqətinizə çəkmək istəyirsinizsə unikal satış təklifi etməyiniz çox önəmlidir. USP ilə əldə edəcəyiniz bu az sayıda müştərilə uzun yola çıxa bilərsiniz. Burda USP-ni formalaşdıranda önəm verməniz gərəkən isə təklifiniz  a) Sadə olsun, b) Sadələşdirilmiş olsun, c) Disiplin olsun! Ceyms Klirin, ilkin fəaliyyətimizin həqiqi dəyərini görmək üçün çox vaxt aylar, hətta ill...

Azad olmaq 80/20 prinsipilə və William Wallace-ın dediyi kimi

Image
 80/20 prinsipi bir həqiqət kimi sizi azad edə bilər. Daha az işləyə bilərsən. Daha çox qazana və həzz ala bilərsən. Burada edəcəyin az miqdarda əsas məsələlər olacaq, əgər onların üzərində işləsəniz, onlar sizin həyatınızı dəyişə bilər. Burada tək olan şey siz yalnız düşünməlisiniz. Digər gözəl yanı praqmatikdir, daxildən qidalanır və fərdin ətrafında formalaşır. Arzu olunanın əldə edilməsi qeyri adi dərin düşüncə tələb edir. Dərindüşüncəlik dərin təhlil tələb edir, dərin düşünmə bəzən məlumatın toplanmasını tələb edir və bu sizin şəxsi həyatınızla əlaqəli olduğu üçün buna qismən az şəkilsə toxunulacaq.  Bugünün düşüncəsi tələsik, xeyir güdən, xətti( ağ və qara) və xırdaçıdır. Bu gün dünyanın düşüncə tərzi tez bir zamanda tədbir görməkdən ibarətdir və nəticə olaraq tam şəkildə iflasa səbəb olmuş vəziyyətdədir. Hərəkət fikri qovur.  Bizim hədəfimiz hərəkəti ikinci plana saxlamaq, sakit şəkildə düşünmək, qiymətli fikrin az sayıda kiçik hissələrini daha da xırdalamaq və son...