Posts

Showing posts from January, 2016

10 möhtəşəm alternativ həyat tərzi!!!

Image
Kəsəsi , 1.İcmalar, Məbədlər, Sektalar Bu üçündən də var, istəmədiyiniz qədər. İcmalara gəlincə ən az 20-dən çox qanun qayda ilə fəaliyyət göstərən bu icmalar, sektalar neçə illərdir ölkəmizdə. Inanmırsansa, onda bir göz at buna  http://scwra.gov.az/pages/96/  Bunlar da başlı başına cəmiyyətimizdə yer alırlar. Olun onların bir parçası. 2. The Rainbow family Adamlar hippidir. 60-cı illərdən gələn adətlər yaşayır. İldə bir neçə dəfə bir yerlərə toplaşırlar. Burdan ora ordan bura gəzirlər. Həyat fəlsəfələri çox bəyəniləndir. Məşhur mahnıları da ... Kibrit və ya Yeraltı nda duya biləcəyiniz bu mahnının real qəhrəmanlarını təəssüf ki, hələ də ölkəmdə görə bilmədim. Ən son keçən il Smolensk-də toplanan Hippilər bir festival da keçirdilər. Şəkilləri linkdən izləyə bilərsiniz.  http://galeri.mynet.com/guncel/gokkusagi-insanlari-8650/1 3. Daldalanma və ya Sığınacaq/Şəhərdən uzaq ev Bu daha çox şəhərdən uzaqda təhsil mərkəzləridir ki, ABŞ-ın müxtəlif ştatlarında rast gəlinir

Inordinacy can win Ordinacy!

Image
2016-ci ilin ilk günü. Pawn Sacrifice filminin təsiri altındayam. Filmin ana məğzini anlamaqla dövrümüzün bu çətin günlərində anladığım tək şey: Bizə təqdim olunan seçimləri rədd etməkdir və əvəzində Bir Həmlə etməkdir. Filmin izlənilməsi linki  buradan mümkündür. Bəli bunu anlamaq heç də cətin deyil, Alışılmış seçimlər və ya bizi artıq həbs edən düşüncələr bir kənara atılmalıdır. Biz nə üçün sarsılmış və qorxmuş, ümidsiz və ya bigüman yaşamalıyıq. Biz artıq öz seçimlərimizlə, öz dəyərlərimizlə, azad ruh daşıyan yeni nəfəslərlə nəfəs almalıyıq. Bunun üçün sadəcə bildiyimiz həqiqətlərlə deyil, bilmədiyimiz həqiqətlərlə davranmalıyıq. Çünki bu bizim zəfərimiz olar. Zəfər niyə , çünki biz müamma sərgiləyərək, ziqzaqlarda ilişib qalmışları dirildərik onu əldə edə bilərik. Bizə oynanılan oyunları bozmaqla, itirilmiş başları istədiyimiz oyunlara gətirərək öz seçimlərimizi gerçəkləşdirə bilərik. Azca ara verək, White Rabbit mahnısını dinləyək. Filmə gözəl rəng qatan Jefferson Airplane-i