Posts

Showing posts from March, 2014

Adını sən qoy!

Image
8 mart açıqcası dəstəkləmədiyim bayramlardan biridir. Amma olsun deyənlərdən biriyəm, ən azından o gün evdə oluram. Dərdim bu deyil, indi yazacağım başqa bir məsələdir. Təklifim var, çox da sadədir. Hər ayın elə 8 günü qadınlar günü hesab edilsin. Bunu işə getməmək üçün demirəm haaa... Bunu qadınların əsas hədəf kütləsi olan şirkətlərə bir ideya kimi verim. Doğrusu qalıcı və yararlanacaq az sayılı günlər var ki, müştəriləri yada salasan səbəbli şəkildə. Qoy hər ayın 8-i bir səbəb olsun. Təsəvvür edin, bunu xanımlara şamil edirəm, şəhər mərkəzində gəzintiyə çixan ya işə gedən və ya gələn piyada olan xanımlara yaxınlaşıb bir dənə qırmızı parlaq güllə təbrik edirsiz. Ey şirkətlər, niyə durursuz, çox az gəlirlə bunu ki edə bilərsiz. Kiçik bir əlavəm, gülü verəcək şəxslər sadəcə uşaqlar olsun.5-10 yaş arası. Qarşı tərəfin yəni xanımların həmən qəbul edəcəyi bır durum olsun, hər hansı streotip, prejudice(önhöküm) noise(gürültü) yaratmasın. Bir əlavəm də, bunu edəcək şirkətimizin

Ilk Flash Sale təklifimiz Fresco marketinə!

Deal of the delay ya da flash sales dediyimiz, bu ingiliscə olan söz birləşmələri elə marketingdə bir məna ifadə edir.   Bunu ana dilimizə tərcümə edəndə işıltılı satış deyə düşünürəm. Tərcümə məsələsində təkliflərə hazıram. Sual olunsa bu işıltılı satış nə mənədir cavab çox sadədir. Böyük endirimlərin zamanla qısırlı olan təklifləri işıltılı satış deməkdir. Mantrası da budur ki, əlində olan malların satışının müddətli şəkildə təklifi. Son illərin əsasən 2011-ci ildən satış trendlərindən biri işıltılı satış öz effektini verməkdədir. Artıq pərakəndə sektorunda önəmli ölçüdə payını artıran marketlərə biz ilk dəfə bunu təklif etməyi düşünürük. Mobil Marketing təmsilcisi olduğumuz bu bazarda Flash Sales necə işə yarayacağını xırdalayacağıq. Bu satış növü əsl win-win situation nümunəsidir.burada market də qazanır,burada nihai müştəri də qazanır.Flash sales üçün aşağıdakı hallar münbit şərait yaradır Ekonomik düşüncə Endirim axını Mövsüm bitişi qazanclar Faydalı qiymətə satı

Scabal,bir kəliməylə,İndividual!

Bir dostumuzun telefon zəngiylə yeni tanımış olduğumuz müştərimizin tekstil sahəsindən gəlməsi məni sevindirdi, çünki elə SMS Marketing tam da textile şirkətlərinin promotion tool olaraq istifadə etməsi gərəkən ən doğru mobil reklam vasitəsidir. Məlum zəngdən o da məlum oldu ki, mağazanın adı SCABAL-dır. Bu adı ilk duyğumda ağlımda heç bir çağrışım olmadı. Nə kişi paltarı nə qadın paltarı nə də uşaq paltarı. Sıfır, bildiyiniz sıfır assosasiya. Mağaza getdikdən sonra və müdüriyyətlə ilk təmasım və sonradan axan dəqiqələrdə etdiyimiz söhbətdən həm SCABAL brendini həm də müdüriyyətlə(Hikmət Bəylə) yaxından tanış oldum. 1973-də ilk atelyesinə İngiltərə,Yorkshire-də sahib olan SCABAL, əslində həmin atelye 1899-cu ildən fəaliyyətdə olub.Colne çayının da saf suyundan fabrikdə istifadə olunması da bir əfsanədir əslində. İstifadə olunan Passion for Cloth  elə dərzilərin işə necə münasibətindən xəbər verir. Sifariş və hazır geyim şəklində təqdim edilən geyimlər 35 yaş və üstü olan kişilə

Aldanıb da aldatmayın, o zaman aldanmayın...

Image
Hesab edin ki, Economist.com web səhifəsindən qarşınıza çıxan abunəlik cədvəlindən sadəcə 3 qiymət önünüzdədir: 1. web abunəlik sadəcə 59 dollar 2.print şəklində abunəlik 125 dollar 3.web+print şəklində sadəcə 125 dollar Aaaa, deyib şaşı gözlərinizlə dönə dönə rəqəmlərin eyniliyini dəqiqləşdirməyə çalışsanız da, bəli, siz elə başdan düz görübsüz. Buna marketingdə decoy effect deyilir ki, 2 seçimin yanına bir qabırğa seçim daha qoyulur. Hansi ki, əlavə olunan bu 3-cü seçim o iki seçimdən birinin seçimini gücləndirsin. Ya da əlavə olunmuş şəkildən İPod Touch nümunəsi apaçıq ortada Ya başqa bir misal, mağazaya daxil olan müştərini dinlədikdən sonra, nə istədiyini bilib, ona məhsul təqdim edirsiniz və bilirsiniz onu almayacaq və qiymətini də baha deyirsiz, nəticə məlum, daha sonra ona ikinci məhsulu göstərirsiz, qiyməti aşağı deyirsiz, və əminsiniz bunun keyfiyyətsiz olduğunu düşünüb də sizdən almayacaq. Əla! Və ən sonda, orta qiymətə və yetəri keyfiyyətli 3-cü məhsulu təqdim ed