Posts

Showing posts from March, 2013

Unique Selling Position ya da Xüsusi Satış Təklifi

USP, hələ tələbə illərindən tez tez rastlaşdığım kəlimələrdəndir. Xüsusilə də, Advertising, Reklam dərslərindən qarşılaşdığım kəliməni bir ələ alıp xırdalamaq istərdim. Adını Xüsusi Satış Təklifi qoymağı qət etdim, ən başda unique sözünü tərcümədə biraz gedib gəlsəm də misilsiz, qeyri adi,təkrar olunmaz və nadir kimi kəlimələri qoydum bir kənara xüsusi sözünə üstünlük verdim. Nədir bu nəsnə, sual edərsək, kompaniyalar, habelə şirkətlər elə bir təklif ortaya qoyur ki,nəzərdə tutulan müştəri qrupu hətta bağımlı olduğu markasını belə dəyişər. Bu kəliməni icad edən zat Rosser Reeves Reality in Advertising kitabında bir çox yerdə yerli yersiz istifadə edilın bu kəliməyə daha dəqiq təif verməyə çalışmış və bunu 3 qrupda birləşdirir 1.Hər reklam müştəriyə təklif etməlidir. Bu nə sadəcə sözlərdən, nə məhsulun şişirdilməsindən, nə də vitrin şousundan ibarət olmalı deyil. Əlqərəz, gələbu məhsulu al və sənə təqdim olunmuş təklifdən faydanı qap. 2.Təklif yek olmalıdır, ki rəqib ondan belə mi

Kimsən ə sən və ya Sən kimsən ya da Kim olmusan???

Bu dəfəki yazım elə həyatın içindəndir. Qardaş təsadüfi adamlarla mübahisə zəminində mövzu bir kənara atılır, birbaşa sənə saldırılır. Bax bunun elmi adı ad hominemdir. Qəlibə soxulmuş bir latın terminidir. Öz mənası şəxsə aid, şəxslə əlaqədardır. Xalqın ğözüylə adam qaralamadır. Hər hansı bir məsələnin müzakirəsi zamanı ani gedişatla düpədüz sənə hücuma keçilir. Bir neçə misalla məsələ tam bizlərə məlum olar - Sən nə bilirsən, belə ki, hardan bilirsən? -Kimsən ə sən, axı kimsən? -Qadın nədir, maşın nədir, ağzında qadın deyirsən, bütün tıxacların səbəbi elə onlardır -Dediklərində həqiqət var, razıyıq,ama bunu ifadə edə biləcək gücün ya biliyin kifayət deyil -İranlılar tarix boyu işgal etdikləri şəhərə toxunmazlar -Düşünürsən Allah yoxdur, sən əməllicə dəlisən ki dəli -Bərdədə biri Allaha söydü, heyvana döndü, elə etmə ki, sən də heyvana çönəsən Siz siz olun, biz də biz olaq, əsas məsələnin özünə dalaq.

Fərdiyəçilik Marketingdə Satışı Əməllicə Silkələyir

Dünyanın irəlidə gələn şirkətlərindən XeroX bir neçə ölkədə 18 yaşından yuxarı 1000-dən çox müştəri arasında sorğu keçirmişdir. Sorğu başlığı Fərdiçiliyin Mühümiyatı. Nəticə apaçıq ortada- İstehlakçılar onlara fərdi yanaşıldıqda geri dönüşüm yetəricə effektiv olur. hər on nəfərdən dördü , şəxsən onlara ünvanlanmış mesajlardan şirkətin yeni kampaniyalarını və yeniliklərini izləmiş olduqlarını açıqca bildirirlər. Qadınların yüzdə 45-i adlarına ya da maraq dairəsinə aidliyi olan elanları oxuyur, saxlayır və onunla feedbackini bildirir. Araşdırma həmçinin hərkəsətək tip yaxınlaşmanın da işə yaramadığını, müştərilərə fərqli yollarla yaxınlaşmaq gərəkdiyini ortaya qoyur. Belə ki, 35 yaş altında təxminən 4 nəfərdən 1-i (24 %) e- poçt yolu ilə ünsiyyətə müsbət ya mənfi reaksiya bildirir. Bu faiz, 55 yaş və üstündə isə 100%-dən 8-e düşür. Fərdiyəçiliyin sosiologiyada daha dərindən araşdırılıb, Avropada nə dərəcədə genişləndəyi diqqətdən yayınmır. Kilsələrin boş, Partiyaların çəyirdəyinin sa